İki yerdə çalışan şəxslərin hər iki müəssisə üzrə icazəsi olmalıdır
"İki yerdə fəaliyyət göstərən şəxsin hər iki fəaliyyət sahəsi üzrə icazəsi olmalıdır. Onların fəaliyyət göstərdikləri hər iki qurum və müəssisə icazə portalından icazəsi almalıdır". Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bunun səbəbini də açıqlayıb: "Çünki ola bilsin ki, şəxs bir müəssisə üzrə icazə alır, lakin, digər bir müəssisə üçün gecə saatlarında fəaliyyət göstərərkən polis tərəfindən saxlanılır və bu zaman onun icazə aldığı fəaliyyət sahəsinin saatlarına uyğun olmayaraq evdən çıxdığı üçün məsuliyyətə cəlb olunsun. Buna görə də hər iki qurum və fəaliyyət müəssisəsi üzrə vətəndaşın icazəsi olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB