"Sərnişinlərin 30-40 faizi tibbi maskadan istifadə edir"

"Sərnişinlərin 30-40 faizi tibbi maskadan istifadə edir"

"Ehtimal etmirik ki, bu sərt karantin günlərində Bakı şəhərində sıxlıq olsun. Çünki, bir çox sahələrinin fəaliyyəti dayandırılıb". Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bu gün ictimai nəqliyyatda sərnişinlərin cəmi 30-40 faizi tibbi maskalardan istifadə edir: "Onların hər biri tibbi maskalardan istifadə etməlidir".

Eyni zamanda qeyd edib ki, icazə müddətində hərəkətinə icazə verilmiş şəxslər yalnız nəqliyyat vasitələrindən istifadə edə biləcəklər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə