"Polisi görən kimi SMS yazanlar..."

"Polisi görən kimi SMS yazanlar..."

"Taksilərdən istifadə ilə bağlı bildirmək istərdim ki, taksidə 2 nəfərdən çox sərnişin olmamalıdır. Yalnız arxa oturacaqlarda oturulmalıdır. Həm sürücü, həm də sərnişin tibbi maskalardan istifadə etməlidir". Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, digər bir məsələ polisi görən zaman SMS-i yazıb göndərən şəxslərlə bağlıdır: "Bu da icazələrdən də sui-istifadə edildiyini göstərir, bunu etmək olmaz. Polis naryadını görən kimi bəzi vətəndaşlarımız həmin anda SMS göndərir. Bildirmək istərdim ki, ola bilsin ki, SMS sizə bir az gec gəlsin və siz qayda pozuntusundan məsuliyyətə cəlb oluna bilərsiniz.

İcazə portalı vasitəsilə icazə alan qurum və sahələrin rəhbərlərinə müracitə etmək sitərdim ki, yalnız tələb olunan əməkdaşlarının adlarını portala əlavə etsinlər. Bütün işçilərin adlarını icazə portalına əlavə etdikdə sıxlıq müşahidə olunur. İşçi bir gün işləyib iki gün istirahətdə olursa onun iş günlərini icazədə qeyd etmək lazımdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə