Rayonlara alternativ yollarla getməyə çalışan şəxslərin nəzərinə DİN
"Rayonlara getməyə çalışan şəxslər 50-60 km məsafəni qət etməklə postlardan keçməyə çalışırlar. Bunu etməyə ehtiyac yoxdur. Əgər xüsusi bir səbəb varsa rayona getməklə bağlı Daxili İşlər Nazirliyinin 590 80 20 qaynar xətti var. Bu qaynar xətdən istifadə etməklə suallarına cavab tapa bilərlər". Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, rayon istiqamətində hərəkət edən və müvafiq postda qeydə alınmış lakin hansısa alternativ torpaq yolu vasitəsilə digər bir rayona keçməyə çalışan şəxslərin avtomobilinin dövlət qeydiyyat nişanı postların yerləşdiyi yerlərdən kənar qeydə alınıbsa onlar artıq karantin qaydalarını pozmuş hesab olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB