"Maska taxılması artıq yeni həyat tərzimiz olmalıdır. Bu, insanların özünü qoruması üçün vacibdir. Hər bir insan həkimlərə, hansısa dövlət strukturuna görə yox, özünü, yaxınlarını qorumağa görə maskadan istifadə etməlidir. Yaxın aylarda, bəlkə də illərlə bizim maskasız həyatımız olmayacaq". Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Y.Qarayeva bir azərbaycanlı, bir həkim kimi xahiş edib ki, hələlik müalicəsi mümkün olmayan koronavirusdan qorunmaq üçün maskadan istifadə etmək lazımdır: "Bütün Avropa, Asiya ölkələri də, xüsusi karantin rejimindən çıxmaq istəyirsə, bunu edir: Biz yumşalmaya doğru getmək istəyirik, burada heç bir çətin qayda yoxdur. Eyni zamanda fiziki məsafəyə ciddi əməl edilməlidir, əl gigiyenası, qapalı yerdə bir yerə toplaşma, bu insanların özünə ziyandır. Virus sərhəd, sosial təbəqə, yaş tanımır. Bugünkü COVİD xəstələri SARS və digər xəstəliklərdən çox fərqlənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB