Bu gün müalicə etdiyimiz xəstəlik daha ağırdır TƏBİB

Bu gün müalicə etdiyimiz xəstəlik daha ağırdır TƏBİB

"Qısa qapanmalr tətbiq etdiyimiz 2 həftədə 2 günlük müddət ərzində nəticə ala bilmədik. Məqsədimiz sosial aktivliyi azaltmaq, insanlanrın bir yerə toplaşmasını azaltmaq idi. Bunun fərqi yoxdur, dost və ya tanış, hər bir vətəndaş virusa yoluxa bilər. Hazırda bu xəstəliyin peyvəndi yoxdur. Bu xəstəliyin spesifik müalicəsi də heç yerdə yoxdur. Virusun müalicəsi üçün xüsusi bir dərman preparatı da mövcud deyil". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, bu gün virus mutasiyaya uğrayır, uğramaqda davam edir: "Bizim bu gün müalicə etdiyimiz xəsəlik ağırdır. Artıq burada yaş fərqi də yoxdur. Biz assimptomatik və simptomsuz xəstələrə artıq rast gəlmirik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə