Baş Nazir karantin rejiminin uzadılması barədə qərar imzaladı

Baş Nazir karantin rejiminin uzadılması barədə qərar imzaladı

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi müddətinin uzadılması barədə qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə