TƏBİB Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı açıqlama yayıb

TƏBİB Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı açıqlama yayıb

Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir. TƏBİB-dən SİA-ya verilən məlumata görə, bildiririk ki, ötən gün tərəfimizdən xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib.

Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə