Sərdar Cəlaloğlu: “Saxtakar və satqın Əli Kərimli koronavirus pandemiyasının ilk günündən istifadə etməklə əsl simasını göstərdi"
AXCP sədri Əli Kərimlinin dünyanın koronavirus pandemiyasına qarşı apardığı mübarizə başladığı zamandan car çəkərək bildirdi ki, “blokadaya” alınıb, çıxış yolu mitinq keçirməkdir. Bu heç də yeni xəbər deyildi. Bundan da əli üzülən satqın və mənəviyyatsız Ə.Kərimli “zoom” iclasını keçirərək, yenə də öz həmkarlarının ünvanına böhtanlar, söyüşlər yağdıraraq bildirdi ki, öona dəstək olmurlar, onlar "tryapka"dırlar. Həmçinin, iclasda istər müxalifətin, istərsə də Müsavtın ünvanına söyüş və təhqir sindromunun canlanması da, əslində nə ilk, nə sonunca, nə də təəccüblü hadisə deyildi. Bu kimi qarşıdurmalar və ondan doğan qarşılıqlı ittihamlar, eləcə də təhqir və həqarətlər əslində uzun illərə söykənən reallıqdır. Əslində hər iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur və növbəti dəfə AXCP-nin rəyasət heyətinin “zoom” iclasında, sosial şəbəkələrdə, mətbuat vasitəsi ilə hələ də "satqın", "xəyanətkar" ittihamı ilə bir-birilərini təhqir etməkdən belə çəkinmədilər. Hətta, Arif Hacılı və İsa Qəmbəri söydüklərini etiraf edərək, Mustafa Hacıbəylini də “dabandaşı» adlandırdılar.
Baş verənlər qaragüruh müxalifətin bariz “simasıdır”
Sözügedən məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu münasibət bildirərkən vurğulayıb ki, Əli Kərimli, Cəmil Həsənli və onların mamaç…na dəstək verməyənləri hədəfə almaları onların bariz simalarıdır: "Əli Kərimli özü belə vəziyyətlərdə həmişə müxalifətin əməkdaşlıq təkliflərindən imtina edib. Faktiki olaraq Əli Kərimli özünə qarşı olan təzyiqlərə siyasi karyerasını inkişaf etdirmək və yaxud müəyyənləşdirmək vasitəsi kimi baxıb. Son 10 ildə Əli Kərimlinin tutduğu xətt bundan ibarətdir ki, bütün müxalifətdən ayrılsın, özünü hakimiyyətin hədəfinə gətirsin. Bu, bir çox hallarda düşünülmüş şəkildə edilir. Məsələn, bir mitinq keçirir, orda bir neçə nəfər həbs olunursa, il boyu həmin o tutulanların azadlığı məsələsini gündəmdə saxlamaqla özü üçün bir siyasət qurur. Halbu ki, o mitinqin nə özünə, nə partiyasına, nə xalqa heç bir xeyri olmur. İndi də Əli Kərimli koronavirus şəraitində başına gələnlərdən siyasi reytinq düzəltmək istəyir”.
ADP sədri eyni zamanda Əli Kərimlinin heç bir partiyanı müxalifət kimi qəbul etmədiyini, mövcud fəaliyyətini bu istiqamətdə qurduğunu deyib: “Sən Azərbaycanda heç bir partiyanı müxalifət kimi qəbul etmədiyin kimi, səni də müxalifət partiyası kimi nə qəbul edir, nə də əməkdaşlıq. Çünki sənin satqınçılığın həmişə görünüb. Hansısa partiya ilə həmrəylik nümayiş etdirmisən ki, bu gün də başqa partiyalardan belə bir dəstək tələb edirsən”.
"Əli Kərimli özünün başına gələnlərdən bir siyasi mazəmə düzəltməklə məşğuldur"
S.Cəlaloğlu koronavirus başladığı zamandan Ə.Kərimlinin əlinə fürsət düşdüyünü və ardıcıl olaraq hakimiyyətin ünvanına sosial şəbəkələrdə böhtan fikirlər dediyini də vurnğulayıb: "Əli Kərimlinin internetinin kəsilməsi, tərəfdarlarının həbs olunması ilə dediklərində məqsəd ancaq qrant müqabilində etdiyi hay-həşiridir. O, öz istəyinə çatmaq üçün ətrafındakıları qurban verir və "müdafiə" sözü də əsassızdır, reytinq üçündür. Əli Kərimli nə etdiyini yaxşı bilir və bu gün tərəfdarlarının başqa partiyaları tənqid etməsi də onun siyasətinin bir tərkib hissəsidir. Fikir yaratmaq istəyir ki, bu radikal müxalifətdir, ondan başqa digər partiyalar hökumətin tərəfdarlarıdırlar, ondan başqa heç kəs müxalifət deyil. Halbu bu ki, sən gözünü yumubsan. Sənə başqa nə dəstək verə bilərəm. Gəlib sənə internet çəkəsi deyiləm ki. O baxımdan onların müxalifətə qarşı ittihamlarının heç bir əsası yoxdur. Mənim bir tərəfdaşım tutulanda ürəyim ağrıyır ki, niyə o həbsdə olmalıdır, mən azadlıqda. Əli Kərimli özünün başına gələnlərdən bir siyasi mazəmə düzəltməklə məşğuldur. İnternetinin kəsilməsi, tərəfdarlarının tutulması onun üçün pis bir hadisə deyil, göydəndüşmə fürsətdir. İndiki halda da paşqa partiyalara hücumlar bununla bağlıdır".
“Əli Kərimli bu günə qədər müttəfiqlik etdiyi hər kəsə xəyanət edib"
ADP sədri onuda deyib ki, Əli Kərimli bu günə qədər müttəfiqlik etdiyi hər kəsə xəyanət edib: "Elçibəyə də, İsa Qəmbərə də, Etibar Məmmədova da. Özü də bunu mənə etiraf edib ki, məni xəyanətkar kimi tanıyırlar”.
S.Cəlaloğlu "Milli Şura"nın keçirdiyi ''zoom konfrans'' ilə bir daha Əli Kərimli və ətrafındakılar öz mədəniyyətsizliklərini nümayiş etdirdiklərini vurğulayıb: "Bunlar ''zoom konfrans'' keçirirlər. Biri oturub maykada, divanda uzanaraq, o biri çay içə-içə, bir başqası siqaret çəkərək. Əgər belədirsə, bu konfransı niyə yayırsız? İkincisi, bir-birinizə hörmət edin. Nə olar ''zoom konfrans'' olanda? Siyasi partiya funksionerlərinin davranışları siyasi liderlərin davranışına uyğun deyil. Hər bir peşənin bir etikası var. Xüsusən xalqın qabağına çıxanda etik davranmağı öyrənin”.
"Sən Əli Kərimli pulla trol ordusu düzəltmisən"
S.Cəlaloğlu "Milli Şura"nın Azərbaycan xalqı, siyasəti üçün hər hansı bir əhəmiyyət daşımadığını və belə səviyyəsizlərin toplaşdığı qeybətyuvasını qəbul etmədiyini deyib: "Bəllidir ki, onun təbliğatı ilə məşğul olan Sevinc Osmanqızı və Qənimət Zahid var ki, səhər-axşam onu təbliğ edirlər. 30-40 dənə də özünün dediyi kimi, “facebook fırtınası” yaradanı var. Əli Kərimlinin bir müavini vardı, Asif Quliyev. Partiyadan uzaqlaşdırılandan sonra gəlmişdi mənim yanıma. Ondan soruşdum ki, biz hər dəfə internetdə çıxış edəndə videonun altına söyüşlər yazanlar kimlərdir. Dedi, Sərdar bəy, biz özümüz 200 manat maaşla 5-6 nəfər tutmuşuq, hərəsinin də 10-15 saxta hesabı var. Bunlar nə edir? Azərbaycan müxalifəti çıxış edəndə videonun altına “xain, erməni, ikiüzlü” kimi sözləri yazırlar, iqtidar nümayəndələri çıxış edəndə isə lap küçə söyüşləri yazırlar. Əvəzində Əli Kərimli çıxış edəndə bu trol ordusu başlayır ki, xalqın lideri, səndən ötrü ölürük filan yazmağa. Əli Kərimlinin ''fırtınası'' bax, budur. Son 30 ildə bir dənə ADP nümayəndəsi tapsaz ki, etikadan kənar bir söz deyib, mən siyasətdən getməsəm, insan deyilləm. Amma Əli Kərimlinin o tərəfdarları atası yaşında olan siyasətçilərə ən ağır sözləri yazırlar. İsa Qəmbər Almaniyadan müalicədən gələndə televiziyada kiçik bir açıqlama vermişdi. O videonun altında Əli Kərimlinin tərəfdarları nələr yazmışdılar onun haqqında. Söyüş, təhqir. Bu, insanlıq deyil. Bu, fırtına deyil, siyasətçiyə ləkədir. Sən pulla trol ordusu düzəltmisən. Bu, su bulandırmaqdır. "Milli Şura" da su bulandırmaqla məşğuldur. Mən burdan da Əli Kərimliyə deyirəm ki, trollarını yığışdırsın. Mən onun üstünə trol-filan göndərməyəcəm. Əli Kərimli bu günə qədər müttəfiqlik etdiyi hər kəsə xəyanət edib. Elçibəyə də, İsa Qəmbərə də, Etibar Məmmədova da. Özü də bunu mənə etiraf edib ki, məni xəyanətkar kimi tanıyırlar. Bunların toplantısı hər zaman qapalı olub. İndi birdən cəmiyyətə açıq müzakirə apardılar. Məlum oldu ki, bunların siyasi etikası, intellektual səviyyəsi nə gündədir. Partiyanın sədri deyir ki, mənim “zaryadkam” qurtaracaq. Bir azdan da yox oldu. Evdəsən, telefonunu “zaryadka”ya qoy da. Qeyri-ciddi bir səhnə. "Milli Şura"nın qadın üzvünə əxlaqsız bir mövzunu çılpaq şəkildə izah edirsən. Bir kişi bir qadınla bu ritorika ilə danışar? Belə çıxır ki, Azərbaycanda yeganə müxalifət bunlardır, bunlar da bu gündədir. Bir sözlə, hansı oyunlardan çıxırsınızsa, çıxın, xalq kimin kmi olduğunu yaxşı bilir və belə qiybətxanayuvası olan "Milli Şura"-nın "müzakirəsində" Azərbaycan üçün aktuallıq kəsb edən nəsə yoxdur, ola da bilməz. Ancaq zaman hər şey açıq-aydın göstərir. Necə deyərlər: haqq nazilər, amma üzülməz".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB