Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi məlumat yaydı
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində 23,25,30 iyun və 2, 7 iyul tarixlərində Naxçıvana uçuş üçün siyahıya yazılan şəxslər (7 iyul tarixinə yazılanların bir qismi növbəlilik əsasında istisna olmaqla) 20 iyun 2020-ci il tarixində Naxçıvana uçuş üçün hazır olmalıdırlar. SİA-nın verdiyi məlumata görə, xəbər Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən verilib.
"Bunun üçün bu şəxslər təqdim etdikləri wotsap nömrələrini AZAL-dan daxil olacaq linkləri qəbul etmək və bilet almaq üçün gün ərzində diqqətdə saxlamalı və bilet alandan sonra sabah gecikmədən TƏBİB-in müəyyən etdiyi yerdə testdən keçməlidirlər" - deyə, daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB