Bu sahələrin fəaliyyəti dayandırılacaq

Bu sahələrin fəaliyyəti dayandırılacaq

Sərt karantin rejiminin tətbiq edildiyi müddət ərzində ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərinin, bərbər, gözəllik salonlarının, kosmetoloji mərkəzlərin, muzey, sərgi, kino-teatrların fəaliyyəti dayandırılacaq, həmçinin, açıq havada idman oyunları və digər daha öncədən fəaliyyəti dayandırılmış sahələr də fəaliyyət göstərməyəcək. Bu müddət ərzində Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək. Bütün bunlarla bağlı ətraflı məlumat sabah verilmiş qərarda əks olunacaq. SİA xəbər verir ki, bunu Operativ Qərargahın nümayəndəsi, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə