Ölkədə aparılan testlərin sayı 400 mini keçib

Ölkədə aparılan testlərin sayı 400 mini keçib

Azərbaycanda son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 100 test aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 403 499-dir.

Qeyd edək ki, ölkədə ümumilikdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə