Əsrlər boyu ermənilərin torpaq iddiası ənənə şəklini almış, özgə torpaqlarına, qədim gürcü və Azərbaycan ərazilərinə iddia tədricən Böyük Armeniyaya məxsus torpaqlar kimi qələmə verilmişdir. Burada başqa bir məkrli niyyət də üzə çıxmışdır. Ermənilər gürcü və Azərbaycan torpaqlarına iddia etməklə “Şərqi Armeniya” xəyali ideyasını gerçəkləşdirmək və Cənubi Qafqazla özlərini bağlamaq niyyətini güdmüşlər.
“Tarix boyu müvafiq siyasi şərait yaranan zaman ermənilər... qonşulara qarşı torpaq iddiasını ortaya ataraq xalqları qarşı-qarşıya qoymuş, nahaq qan tökülməsinə bais olmuşlar. Tarixi hadisələrə düzgün yanaşmayan və onları torpaq iddiası baxımından izah edən bəzi müəlliflər belə bir yanlış müddəaya uymuşlar ki, guya Kür çayının sağ sahilində yerləşən alban torpaqları altı əsr Böyük Armeniyaya məxsus olmuş, sonra isə Albaniyaya birləşdirilmişdir... Digər mülahizələrə görə, guya bu ərazilər eramızdan əvvəl I əsrdə II Tiqran tərəfindən Armeniyaya qatılmışdı, lakin IV əsrdə Albaniyaya qaytarılmışdı, qaynaqların heç birində Albaniya vilayətlərinin II Tiqran tərəfindən tutulması barədə məlumat yoxdur... Belə mülahizələr tarixi işğalçılığı qanuniləşdirmək, torpaq iddiasını tarixi təhriflərlə pərdələmək və nəyin bahasına olursa-olsun Alban torpaqlarını və vilayətlərini hələ o zaman Ön Qafqazda möhkəm ərazi və iqtisadi-siyasi dayağı olmayan Armeniyanın payına çıxmaq məqsədini güdürdü və indi də güdür. Adı çəkilən vilayətlər Azərbaycan dövlətinə mənsub olmuş, “Şərqi Armeniya” adlanan ərazinin həmçinin etnik mənsubiyyətinə görə əhalisi bu dövlət qurumuna daxil olmuşdur”.
Beləliklə, yalançı, öz-özlərini adlandırdıqları etnonim saxta “qədim Armeniya ölkəsi” erməni müəlliflərinin saxtakarlıq fəaliyyətinin məhsuludur.
Erməni xalqının yaranma tarixi qədim, orta əsr mənbələrində belə göstərilmişdir: “ermənilər Fraqiya tayfalarının bir qolu olub Kiçik Asiyaya köçmüşlər, Ermənistan Armeniya Fərat və Dəclə çaylarının başlanğıcında yerləşən dağlıq ölkədir. Sonralar onlar Araz və Kürə yaxın yerlərdə daha doğrusu Qafqaz hüdudlarında yerləşdiklərini iddia edirlər.
Ermənişünas M.Abeqiyan belə hesab edir: “aborigenlər Artakişdlər sülaləsinin hökmranlığı dövründə və sonralar tədricən ermənilərlə assimilyasiya olundular. Yalnız dağlıq əyalətlərdə onların qalıqları uzun əsrlər boyu mövcud olmaqda davam etmişdir”. Daha sonra M.Abeqiyan yazır: “hələ də aydınlaşmamışdır ki, erməni xalqı Kiçik Asiyada və Kiçik Armeniyada özünün çox əsrlik həyatı ərzində hansı tayfadan hansı elementləri qəbul etmiş, hansı təsirlərə məruz qalmışdır”. Bununla da o, bir daha təsdiq edir ki, ermənilər Qafqazdan kənarda yaşamışlar.
M.Abeqiyan erməni dilini hibrid dili hesab edir. Bu dilə hürrit, het, luviyalar, İran mədəniyyəti təsir etmişdir. Strabon farsların ermənlərə təsirindən danışarkən fars mənşəli erməni adlarını çəkir. Ermənilərə, onların mədəniyyətlərinə, dillərinə bizansların, yunan və suriyalıların təsirindən K.N. Yüzbaşyan, V.Rayt, V.Piqulevski, N.Adonts, Q.Melkonyan bəhs etmişlər. V.L.Veliçko ermənilərin qaraçılara assimiliyasiya olunmasını göstərir:
“İrəvan, Şamaxı, Yelizavetopol, Tiflis və digər yerlərdə tarix sübüt edir ki, qaraçılar qaraçı kimi yox oldular ermənilərlə assimilyasiya olunaraq yalnız fəaliyyətlərini saxladılar. Ermənilərdən başqa heç bir xalq onlarla belə kütləvi assimilyasiyaya məruz qalmadı.
Mənbələr erməni-heşminlərin, erməni-çerkesoqayların, adıgeycə danışan ermənilərin, dağlı şapsuqlar arasında şapsuqca danışan ermənilərin, erməni müsəlmanların, ermənicə və türkcə danışan müsəlman ermənilərin, qriqoriyan, katolik, protestant, hətta pravoslav, lüteran ermənilərin mövcudluğunu təsdiq edir. V.L.Veliçko ermənilərin mənşəyindən danışarkən onların Babilistin əsarəti dövründə və Yerusəlimin dağılmasından sonra yəhudilərlə qarışdığını göstərir. Antropoloji baxımdan dünyanın görkəmli alimləri onları araşdıraraq ermənilərin yəhudilərə və assuriyalılara bənzədiklərini sübüt etmişlər. Hətta onları kürdlərə də oxşadanlar vardır: “Professor D.N.Anuçin qeyd edir ki, ermənilər ari tayfası yox, daha dəqiq desək, ariləşmiş (dilə görə) tayfadır. Bütün deyilənlərdən əlavə, özlərini erməni hesab edənlərin heç də hamsı əsl erməni tayfasına məxsus deyil. Erməni jurnalı “Murç” ermənilərin başqa xalqları assimiliyasiya etmək bacarığından danışaraq 90-cı illərin axırlarında assimiliyasiya edilmiş qaraçıların ermənilər arasında daha çox faiz təşkil etdiyini göstərirdi. Hər iki tayfa ilə tanışlıq, göstərilən jurnalın xülasəsini əsaslandırmaq üçün müşahidəçiyə xeyli material verir. Qafqaz antropoloqu, doktor İ.İ. Pantyuxov böyük erməni qrupları haqqında daha maraqlı nəticəyə gəlmişdir. Hörmətli alim Türkiyədən yarımvəhşi qaçqınların Tiflisə doluşduğu vaxt fürsətdən istifadə etmiş və çoxlu Türkiyə ermənisinin antropoloji ölçüsünü götürmüşdür. Məlum olmuşdur ki, bu çağırılmamış qonaqların böyük bir hissəsi öz bədən xüsusiyyətlərinə görə əsl kürdlərdir. Türkiyədə erməni qırğınının bəzi epizodları müxtəlif etiqadlı kürd tayfaları arasında çoxdankı ailə münaqişələrinin nəticəsi olduğunu ehtimal etməyə geniş imkan verir”.
Ermənilər Gürcüstanın əleyhinə işləyir, hətta çətin məqamlarda onlara satqınlıq və xəyanət də edirdilər:
“Gürcüstan ermənilərinin bir hissəsi gürcü qulluqçu sinfinə və hətta aristokratiyasına da soxulmuşdu. İki-üç hadisə istisna olmaqla bu, gürcü çarlarının kobud səhvi, onların zəifliyinin əlaməti, çox vaxt isə padşahların özlərindən savayı, bir çox səlahiyyətli adamların ələ alınması idi. Yeri gəlmişkən deyək ki, erməni Korqanovlar ailəsi haqqında sonuncu gürcü çarlarının birinin sözləri xarakterikdir. Kimsə ərizə ilə onların birindən çarın yanına şikayətə gəlmişdi, çar şikayətin doğruluğunu və Korqanovun günahkar olduğunu təsdiq eləmişdi, ancaq cavab vermişdi ki, buna heç nə eləyə bilməz: “Bu adamlar zəhərlidirlər: budur, hərəkətsiz, cansız Korqanov Solalak dağında uzanıb. Canavarlar onun yan-yörəsində gəzir və iyləyirlər, toxunmağa isə qorxurlar! Nə buyurursunuz, dirilərə nə eləyim?!”
Erməni tədqiqatçıları bu bölgədə tarixi-çoğrafi Ermənistanın mövcud olmadığı halda vaxtilə Balkanlarda az bir müddətdə kiçik bir qurum halında mövcud olmuş erməni dövlətçiliyini Qafqaza köçürərək guya Gürcüstan kimi böyük xristian dövlətinin işlərində “Ermənistan”ın da birgə iştirakından bəhs edirlər: “Bunun əsas göstəricisi kimi erməni mənbələrində ifadə edilmiş fikirləri göstərmək olar : “gürcü və erməni çarı”, “gürcü və erməni qoşunları” və ya “ermənilər və gürcülər”, “erməni və gürcü sərkərdəsi” və s. Görünür bu səbəbdən də həmin yazarların əsərində Gürcüstanın erməni hissəsinin hakimlərinin, erməni feodalarının ölkə qarşısında xidmətlərinin şişirdilməsi, idellaşdırılması hallarına rast gəlmək olur”. Bu mənbələrdən göründüyü kimi, burada söhbət “Ermənistan”dan deyil, “Gürcüstanın erməni hissəsin-dən” gedir. Gürcü mənbələrində və müasir müəlliflərin əsərlərində orta əsrlər və ondan əvvəlki dövrlərdəki ermənilərdən bəhs edərkən “Ermənistan” ifadəsi işlədilir. Gürcü tədqiqatçısı S.Canaşia bu məsələlərin ideoloji və psixoloji aspektinə toxunaraq göstərir ki, erməni əhalisi gürcü dövlətçiliyini və onun hakimiyyət aparatını özününkü, özünə doğma dövlətçilik və dövlət institutu hesab edirdi. Bütün gürcülərə və ümumi hər şeyə, faktlara və hadisələrə belə ikili münasibət erməni mənbələri üçün xarakterikdir.
Gürcü mənbələrindən fərqli olaraq bəzi erməni mənbələri də erməni torpağını gürcü ərazisindən, erməni məmurlarını gürcülərininkindən, erməni etiqadını gürcü dinindən, erməni əhalisini gürcülərdən ayrı verməyə cəhd edir. Lakin onlar unudurlar ki, həmin dörlərdə ermənilər üzərində gürcü hakimiyyəti hakim olmuşdur
Vahid Ömərov
f.ü.f.d,dosent
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB