"İcbari tibbi siğortanın tətbiqi vacib hadisədir" ÖZƏL - AÇIQLAMA

"İcbari tibbi siğortanın tətbiqi vacib hadisədir" ÖZƏL - AÇIQLAMA
"Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara sağlam həyat bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir". Bu sözləri SİA-ya özəl açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə deyib.

O bildirib ki, Azərbaycanda son illər ərzində tibb sahəsinə xüsusi diqqət artırılmış və bu istiqamətdə əvəzsiz xidmətlər göstərilmişdir:

"Bu özünü ölkəmizdə pandemik vəziyyətin idarə olunmasında da göstərdi. Azərbaycanda pandemiya ilə mübarizədə sistemli və ardıcıl işlər həyata keçirildi. Xüsusilə də, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqəti nəticəsində səhiyyəmiz özünün böyük inkişaf yolunu qısa bir müddət ərzində qət etdi. Atılan addımlar, aparılan islahatlar ölkənin tibb sahəsində bir çox yeniliklərin əldə olunmasına gətirib çıxardı. Belə ki, ölkə ərazisində icbari tibbi sığortanın tətbiq edilməsi bağlı görülən işlər, icbari tibbi siğortanın tətbiq edilməsinə başlanılması çox vacib bir hadisə idi. Bütün bunları nəzərə alaraq ölkənin digər sahələri ilə paralel olaraq tibb sahəsində də mühüm uğurlara imza atdığımız danılmaz bir faktdır".

Millət vəkili əlavə edib ki, koronavirus pandemiyasının geniş yayıldığı zamanda bir çox tibb işçisi evlərindən, ailələrindən uzaq qalaraq gecə-gündüz pandemiyaya yoluxan xəstələrin müalicəsində iştirak edib və insanların xilası üçün çalışarkən öz həyatını itirən tibb işçilərimiz də olub:

"Onları hər zaman sevgi,sayğı və rəhmətlə anacağıq. Öz peşələrini fədakarlıqla yerinə yetirən tibb işçilərimizi səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzu edirik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə