Pandemiya dövründə müəllimlərimiz də fədakarlıq göstərirlər

Pandemiya dövründə müəllimlərimiz də fədakarlıq göstərirlər

Dünyanı cənginə alan koronavirus epidemiyası Azərbaycandan da yan keçməyib. Bu ilin fevralından başlayaraq respublikamızda koronovirusla bağlı yoluxma hallarının müəyyən edilməsi və tibbi personalın epidemiyaya qarşı səfərbər edilməsinə başlanılmışdır. 2020-ci ilin mart-aprel aylarında ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə həyata keçirilən tədbirlər nəticəsində koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısı müəyyən qədər alınmışdır.

Ölkəmizdə koronovirusa yoluxan xəstələrin müalicəsi üçün Prezident İlham Əliyev tərəfindən münasib xəstəxanaların təşkil edilməsi və bu xəstəxanalara lazım olan müxtəlif tibbi avadanlıqların gətirilməsi həyata keçirilmişdir. Pandemiya dövründə həyata keçirilən tədbirlərə baxmayaraq dünya ölkələrində olduğu kimi bizim respublikamızda da ictimai həyatın bir çox sahələri əziyyət çəkmişdir. Pandemiya dövründə cəmiyyətimizdə əziyyət çəkən sahələrdən biri də təhsil sahəsi olub.

Koronavirusun yayıldığı çətin vaxtlarda respublikamızda həkimlərimizin və polis işçilərinin fədakarlıq göstərdikləri kimi təhsil işçilərimiz - xüsusən müəllimlərimiz də fədakarlıq göstərirlər. Xüsusən övladları orta məktəbdə təhsil alan valideynlər karantin dövründə uşaqlarının təhsili ilə bağlı daha çox narahatlıq keçirməyə başladılar. Əlbəttə uşaqların təhsili ilə bağlı valideynlərimizin narahatlığı hamı üçün başa düşüləndir. Karantin vəziyyətində orta məktəblərdə dərslərin əyani formadan onlayn formasına keçilməsi həm müəllimlərdə, həm də valideynlərdə müəyyən çaşqınlıq yaratdı.

Bütün bunlara baxmayaraq biz valideynlər Xətai rayonundakı 249 saylı məktəbdə oxuyan bəzi şagirdlərin valideynlərinin onların övladlarına karantin şəraitində onlayn formatda dərs deyən müəllimlərə öz minnətdarlıqlarını bildirmək istəyirlər. Bizim müəllimlərə olan minnətdarlığımız övladlarımızın təhsilinə qayğıkeşlik göstərən müəllimlərə sadəcə olaraq bir diqqət əlamətidir. Fədakar müəllimlərimizə minnətdarlıq bildirən valideynlər aşağıdakılardır:

1C sinfində oxuyan şagirdlərin valideynləri – Nəbiyeva Kəmalə, Xalidova Səbinə, Quliyeva Leyla, Əsədova Könül, Hüseynova Kəmalə, Əliyeva Qumru və başqaları sinif müəllimi Qəmər Hüseynovaya;

4A sinifində oxuyan şagirdlərin valideynləri – Ş.Teyyubova, K.Əsədova, R.İbişova, K.Hüseynova, N.Fərzəlizadə və başqaları sinif müəllimi Səbinə Novruzovaya və ingilis dili müəllimi Fərqanə Mürşüdovaya;

7B sinif şagirdlərinin valideynlərindən – K.Əsədova, N.Məmmədova, R.Mirzəyeva və başqaları Azərbaycan dili və ədəbiyyatı müəllimi İ.Xəlilovaya, İngilis dili müəllimləri Ş.Əliyeva və T.Cəfərovaya, Riyaziyyat müəllimi T.Hümbətova, Fizika müəllimi S.Əhmədovaya, İnformatika müəllimi İ.Seyidovaya, Biologiya müəllimi R.Quliyevaya, Tarix müəllimi A.Musayevaya, Coğrafiya müəllimi G.Bayramlıya, Kimya müəllimi M.Cənnətovaya;

8D sinif şagirdlərinin valideynlərindən - K.Hüseynova, Z.Əhmədova, K.Əliyeva, M.Qarayeva, A.Heydərova və başqaları Azərbaycan dili və ədəbiyyatı müəllimi T.Qafarovaya, Riyaziyyat müəllimi H.Aslanovaya və Fizika müəllimi S.Əhmədovaya dərin minnətdarlıq edirlər.

Təbii ki, pandemiya şəraitində 249 saylı məktəbin əksər müəllimləri haqqında bu cür xoş sözləri demək mümkün deyil. Biz valideynlər övladlarımıza dərs deyən müəllimləri yaxşı tanıyırıq və onları daha yaxşı xarakterizə edə bilirik. Övladlarımıza dərs deyən müəllimlərin adlarını çəkməklə biz həmin müəllimləri başqalarına nümunə göstərmək istədik. Koronavirusa qarşı mübarizə dövründə həkimlərimiz, polis işçilərimiz kimi müəllimlərimiz də, xalqımızın gələcəyi olan uşaqlarımızın savadlı və bilikli şəxslər kimi böyüməsində, əsl fədakarlıq nümunəsi göstərmişlər. Biz bu məqalədə həmin fədakar müəllimlərin adlarını çəkməklə onlara öz minnətdarlığımızı bildirmək istədik. Pandemiya dövründə qayğıkeş və fədakar müəllimlərimiz üçün bu minnətdarlığı müəyyən mənəvi dayaq hesab edirik.

Valideynlərin fikirlərini qələmə aldı:

Sakit Hüseynov, Xətai rayonu 249 saylı tam orta məktəbin Valideyn Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə