Bu Prezidenti İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı əhatəli, məzmunlu və ən əsası aktuallığı ilə diqqəti çəkən çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mətnli mesajlar, bəyanat xarakterli mükəmməl şərhlər o həqiqəti və məntiqi özündə ehtiva edir ki, Azərbaycan tərəfi mövcud problemin həlli istiqamətində öz prinsipiallığını davam etdirməyə israrlıdır və vandal ermənilər gec-tez işğal etdikləri torpaqlardan geri çəkilməli olacaqlar.
Dövlət başçısı etdiyi çıxışlarında, o cümlədən Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında da çox haqlı olaraq erməni mahiyyətini faşist mahiyyəti ilə eyniləşdirdi. Həqiqətən də bu bir faktdır. Problemin kökü də elə məhz erməni zehniyyətinin faşist təfəkkürünə köklənməsindən qaynaqlanmasıdır. Məhz bu səbəbdən də, onlar uzağı görmürlər, gələcəyi sezmirlər, beynəlxalq təşkilatların rəylərini qulaq ardına vururlar, BMT qətnamələrini icra etmirlər, məğlubiyyətə məhkum durumlarının fərqində deyillər. Və dövlət başçımızın dediyi kimi: "Ermənistan terror dövlətidir və öz vətəndaşlarına da terrorun ənənəsini aşılayır". Məhz buna görə də …
Terror dövlət olan Ermənistanın son ünvanı uçurumun dibidir
İşğalçı düşmən öz vətəndaşına da dövlətçiliyi deyil, terrorun ənənəsini aşılayır. Bu onların xislətindən irəli gəlir. Çünki heç vaxt dədə-baba torpağı olmayan və dövlət anlayışını daim kimdənsə oğurladıqları torpaqlar üzərindən qavramağa, əxz etməyə çalışanlar, o cümlədən də ermənilər terrordan, işğaldan savayı anladıqları bir şey də yoxdur və işğalçı dövlətə rəhbərlik edənlər də faşist xislətlilərdir. Lakin bütün bunlara baxmayaraq, Ermənistan anlamır ki, əgər problem sülh şəraitində öz həllini tapmasa, Azərbaycan öz tarixi torpaqlarını erməni işğalından azad etmək üçün müharibəyə başlaya bilər. O zaman isə təxavüzkar Ermənistan çıxış yolu axtarmağa belə macal tapa bilməyəcək.
Politoloqların sözlərinə görə, Ermənistanda baş verənlər Paşinyan hökumətinin qeyri-ciddiliyindən xəbər verir.
Nəticə... Ermənini dili ilə...
Saxtakarlıq, yalan və işğaçılıq. Və sözsüz ki, sonda işğalçılıq siyasəti aparan faşist xislətli Nikol Paşinyandan nə gözləmək olar?. Faşist xüsusiyyətlərə layiq olduqlarını erməni xalqı özü də bilir və bilmədən bu faktı özələri də təsdiqləyir.
Küçə "demokratı" yalan aludəçisi olan erməni baş naziri N.Paşinyan hakimiyyətdə olduğu bu iki ilə yaxın müddətdə səsləndirdiyi bəyanatları, çıxışları bir daha bu adamın diplomatik siyasət nə olduğunu bilmədiyini sübuta yetirir və bundan sonra da bu siyasətin nə demək olduğunu öyrənə bilməyəcək. Necə deyərlər: Qırxında öyrənən kimi… Elə buna görə də keçirilən bütün mötəbər görüşlərdə bütün dünyanın gözü qarşısında ağ yalanlar danışır və bunu demokratiyanın əlaməti kimi təqdim etməyə çalışır.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirir ki, bu iki il ərzində N.Paşinyan o qədər arsız psixoloji vəziyyətdədir ki, adi həqiqətləri belə özünün çürük məntiqi ilə tamamilə yanlış formada dünya ictimaiyyətinə sırımağa çalışır: "Və bu səhnəni dünyanın aparıcı dövlətlərinin siyasətçiləri, peşəkar diplomatlar sakitcə müşahidə edirlər. Bu nədir, dünya məsuliyyəti və ədaləti tamamiləmi itirib? Baxın, bir məqamı xatırladaq. N.Paşinyan BMT-dəki çıxışında Ermənistanın xarici siyasətinin məzmunu və məqsədi, Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi və özünün siyasi kimliyi barədə 15 dəqiqə ərzində insanların vaxtını alıb. Ermənistanı bütün tərəfdaşlarla əməkdaşlıq etməyə hazır dövlət kimi təqdim etməyə çalışıb. Əslində isə bu, kvaziölkə təcavüzkarlığına görə heç bir regional əməkdaşlıq layihəsində iştirak edə bilmir. İrəvana dəfələrlə deyilib ki, işğal etdiyi ərazilərdən çəkilsin, sonra əməkdaşlıq məsələsinə baxmaq olar. Ermənistan rəhbərliyi isə nə bu təklifə, nə də BMT də daxil olmaqla beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin tələblərinə əməl etməyib. Onun əməl etdiyi bircə şey var – Azərbaycanın torpaqlarını işğal altında saxlamaq.
Budurmu, hər kəslə əməkdaşlığa hazır olan "demokratik dövlət"? İndi Ermənistan adlanan ərazilərdən milyonlarla azərbaycanlını deportasiya edən, günahsız insanları qətlə yetirən, Dağlıq Qarabağın hər guşəsində öz havadarlarının böyük yardımı ilə soyqırımı törədən, Xocalıdakı dinc insanların, qocaların, qadınların və uşaqların ah-naləsinin günahlarını hələ də çiynində daşıyan qondarma bir ölkəmi dünya ilə əməkdaşlığa hazırdır? Bu cür həyasızlığın məsuliyyətini erməni separatçıları və siyasi terrorçuları ilə yanaşı, Azərbaycan torpaqlarında erməni dövləti yaradan havadarlar da daşıyırlar. Məhz onların icazəsi və hazırlığı ilə indi bir küçə ermənisi BMT tribunasından bütün dünyaya ağ yalanlar sırıyır. Çünki başqa cür də ola bilməz. Çünki Ermənistan terror dövlətdir və ona rəhbərlik edənlər də terrorçulardır".
Politoloq onu da vurğulayıb ki, məhz bu günə kimi kimlərəsə dərd olub…
Azərbaycanın uğurları: kimlərə dərd olub?
Politolq onu da bildirir ki, Nikol Paşinyan unudur ki, heç kəs axmaq deyil: "Əgər bu yalanları və məntiqi ziddiyyətləri eşidib susan varsa, deməli, ədalətsizlik edir və ya ikili standartlar siyasəti güdür. Ermənistanın baş naziri Nikol da onu da unudur ki, ölkəsinin işğalçı ordusunun işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün elə tribunasından danışdığı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Onun dedikləri isə həm BMT Nizamnaməsinin 2(4)-cü maddəsinə, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə ziddir. Bəli, bu, bir həqiqətdir. Doğrudur, əslində, N.Paşinyan liderlik etdiyi küçə hərəkatını «xalq demokratiyası» kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır. Eyni zamanda, o da həqiqətdir ki, beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin səbəbi dünya siyasətindəki ikili standartlar və islamofobiya mərkəzlərinin Ermənistana dəstəyi ilə bağlıdır".
Ucuz sensasiya: manevr sahəsi tükənəndə…
Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli yeni mərhələyə qədəm qoymaqdadır. Obrazlı desək, artıq, "cidanı çuvalda gizlətmək" mümkün deyildir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsə, Cənubi Qafqazda çox riskli vəziyyət meydana gələcək. Burada terrora təkan verən proseslər özünü göstərə bilər ki, onun qarşısını almaq xeyli çətin olar. Həmin terror dalğasının Rusiya ərazisinə sıçraya biləcəyinə də şübhə yoxdur. Vəziyyətin bu yöndə inkişafında Ermənistan maraqlıdır. Çünki bütün hüquqi şərtlər, qaydalar və beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu göstərir. Ermənistan ancaq aranı qatmaqla, suyu bulandırmaqla, qanunsuz addımlarla prosesi ləngidə bilər. Deməli, yeni səviyyədə mübarizə başlayır.
Bəli, hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə "demokratı" başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızlırın uğursuz hakimiyyət "siyasətinin" əziyyətini elə sadə erməni xalqı çəkir. İşğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? "Qarabağ Ermənistanındır, vəssalam!" böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı "NİDA!" olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir "düz yola gəlin" mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: "Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir".
Bax, bu günlərdə Azrbacan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşündə də iştirak edən dövlət rəhbərləri də Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyərək Ermənistanı işğalçı ölkə adlandırdılar. Bax, budur uğurlu siyasət! Bu Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin, Azərbaycan xalqınnı ən yüksək QƏLƏBƏSİDİR.
Bir sözlə: Ermənistan nə qədər təxribat və sərsəm bəyanatlarla çıxış etsə də, reallıq budur: təcavüzkar quduzlaşmış işğalçı Ermənistan zəbt etdiyi torpaqlardan çıxmalıdır, VƏSSALAM, BAŞQA YOL YOXDUR!!!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB