Beynəlxalq aləmdə Azərbaycan Prezidentinə etimad

Bu etimad dövlət başçısa İlham Əliyev diplomatiyasının düşünülmüş və proqmatik xarici siyasətinin rellığıdır
Beynəlxalq aləmdə Azərbaycan Prezidentinə etimad

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin prezidentlik faliyyəti dövründə rəsmi səfərləri zamanı həmişə bunun şahidi olmuşuq. Bu etimad isə, dövlət başçısa İlham Əliyev diplomatiyasının düşünülmüş və proqmatik xarici siyasətinin rellığıdır. Xüsusilə vurğulamaq yerinə düşər ki, hazırda koronovirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyevin bölgələrə səfərlərini, istəpsə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, dünya səviyyəli şirkətlərin ölkəmizdə olmasını dünya mediası da “prezidentdən nümunəvi addım” kimi dəyərləndirir. Çünki dünyanın ən inkişaf etmiş ölkələrinin prezidentləri əhali ilə birbaşa təmasdan imtina etdikləri bir vaxtda, Prezident İlham Əliyev Azərbaycanın bölgələrinə səfər edərək, vətəndaşlarla sıx təmasdadır. Onu da vurğulayaq ki, hazırda koronovirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyevin bölgələrə səfərlərini dünya mediası da “prezidentdən nümunəvi addım” kimi dəyərləndirir.

"Həqiqətən də Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb"

Bu fikri bu günlərdə Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri ilə keçirilən videokonfransda bildirib. Prezident İlham Əliyev pandemiya zamanında belə bir təşəbbüsə görə şirkətin rəhbərinə öz minnətdarlığını bildirərək Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırıldığını deyib: "Sizin bu videokonfransı təşkil etmək təşəbbüsünüzü qiymətləndirirəm. Çünki həyat davam edir. Baxmayaraq, əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq. Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır. Eyni zamanda, biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk".

Dövlət başçısı, pandemiya dövründə görülən işlər barədə də danışaraq “Microsoft”la əməkdaşlığın uğurlu olacağının deyib: "Beləliklə, fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əlbəttə ki, əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük. Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın – təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin, eyni zamanda, iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda, biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda, biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik".

Dövlət başçısı qarşıdakı illərdə də bu əməkdaşlığın və tərəfdaşlığın daha güclü olacağına əminliyini deyib: "İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir".

Filip Roq: "Digər ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur. Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir"

“Microsoft” şirkətin vitse-prezidenti Filip Roq Azərbaycanla əməkdaşlıq etməkdən qürur duyduğunu bildirərək, xüsusilə də təhsil sahəsində böyük təcrübəyə malik olduğunu dedi: "Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi. O mənada ki, biz Sizin təxminən 1 milyon tələbəniz üçün əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç nəyin mane olmamasını təmin etmişik və xoşbəxtlikdən biz evdəyik. Aydındır ki, bu, gələcək üçün vacib investisiyadır. Komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram. Digər ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur. Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir".

Filip Roq “Microsoft”un evdən işləmə təcrübəsi barədə məlumat verərək bildirdi ki, təmsil etdiyi şirkət bir çox ölkələrdə bu cür həll yollarının tətbiqini həyata keçirib və tələb olunan zaman insanların infrastruktura təhlükəsiz çıxışını təmin etmək üçün virtual iş masalarının yaradılması ilə çıxış edib. Filip Roq məmnunluqla bildirdi ki, “Microsoft” şirkətinin süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək. Vurğuladı ki, Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə verilməsini səbirsizliklə gözləyir.

"Biz qarşıdakı uzun illərdə tərəfdaş olacağıq"

Vidobağlantı zamanı dövlət başçısı İlham Əliyev belə bir görüşün əhəmiyytli olduğunu bildirərək, qarşıdakı illərdə də tərfdaşlığını böyük potensial və uğurlu gələcəyi oluğunu bildirdi: "Bu, 2018-ci ildə Bakıda keçirilmiş görüşümüzdən sonra görülmüş işlərə nəzər salmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı imkandır. Düşünürəm, artıq 15 ildən çoxdur ki, “Microsoft” Azərbaycanda fəaliyyətə başlayandan bu yana davam edən tərəfdaşlığın böyük potensialı və böyük gələcəyi var. Biz qarşıdakı uzun illərdə tərəfdaş olacağıq. Bir daha təşəkkür edirəm. Sizi görməyə məmnun oldum. Sizə uğurlar arzulayıram. Pandemiyadan sonra sizi Bakıda görməyə ümid edirəm".

Göründüyü kimi, dünyanı ağuşuna alan koronavirus pandemiyası zamanında dünya səviyyəli dövlətlərin, şirkətlərin Azərbaycana etimadı dövlət başçısa İlham Əliyev diplomatiyasının düşünülmüş və proqmatik xarici siyasətinin rellığıdır. Məhz Azərbaycan Prezidentinin liderlik qabliyyətinin nəticəsindir ki, bəşəriyyətin qlobal koronavirus pandemiyası ilə müharibə apardığı bir dövrdə dünyanın ikinci ən böyük beynəlxalq təşkilatının Zirvə görüşü baş tutdu. Çünki Azərbaycan hər zaman qlobal problemlərin həllində körpü rolunu oyanyıb. O baxımdan Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında əlaqələr qurub, körpü yaratması indiyədək yürüdülən siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmək lazımdır. Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə belə bir addımı atmalı olduğu halda, dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməyərək sanki “özünaqapanma sindromu”na qapıldıqlarından bunu edə bilmədi. Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə əməli surətdə yerinə yetirir. Bütün bunlar Prezident İlham Əliyevin dünya səviyyəli uzaqgörən, müdrik liderlik qabliyyətinə malik olmasının bariz göstəricisidir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə