Bütün bunlar Azərbaycan dövlətinin gücünü özündə ehtiva edir ÖZƏL - AÇIQLAMA
"Bütün tibb işçilərimizi ürəkdən təbrik edirəm. Bu gün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycanın tibb işçiləri də COVID-19-la mübarizədə cəbhənin önündə gedirlər. Onlar virusa yoluxan xəstələrimizin həyatının qorunmasında böyük fədəkarlıq göstərirlər, çox çətin bir şəraitdə çalışırlar. Elə tibb işçilərimiz var ki, bir-neçə aydır ki, ailə üzvlərini belə görə bilmirlər. İnanıram ki, tibb işçilərimizin səyləri yerdə qalmayacaq. Biz bu pandemiyadan həm dövlətimizin gördüyü işlər, həm də tibb işçilərimizin səyləri nəticəsində az itkilərlə çıxacağıq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə deyib.
Onun sözlərinə görə, 2003-cü ildən bu günə qədər 700-ə yaxın yeni tibb müəssisəsi açılmış, təmir edilmiş, yeni avadanlıqlarla təhciz edilmişdir: "Bu gün Azərbaycan səhiyyəsi bütün müasir tələblərlə tam cavab verir. Bütün tibb müəssisələrimiz modernləşdirilib, istər dərman vasitələri, istər digər tibb ləvazimatlarla təmin olunmuşdur. Digər tərəfdən dövlət tərəfindən xaricdə təhsilini tamamlamış, bu gün Azərbaycanda çalışan çoxlu sayda peşəkar həkimlərimiz var. Onların sayəsində biz Azərbaycan səhiyyəsinin inkişafının şahidi oluruq. 90-cı illərdə, həmçinin 2000-ci illərin əvvəllərində insanlar müalicə almaq üçün digər ölkələrə üz tuturdu. Bu gün demək olar ki, bu say azalıb. Tək-tək hallarda, çox ağır vəziyyətdə olan xəstələr müalicə almaq üçün xaricə üz tuturlar".
Anar Xəlilov bildirib ki, bu gün tibb istiqamətində təhsil alan tələbələrimiz çoxdur, artıq bütün növ xəstəliklər üzrə müəxəssislərimiz həm Azərbaycanda, həm də xaricdə öz sözlərini deyirlər: "Bu çox qürurverici haldır. Azərbaycan səhiyyəsinin gələcəyinə inanıram. Prezident İlham Əliyevin səhiyyəyə qayğısını təqdirəlayiq hesab edirəm. Bu gün Azərbaycanda pandemik vəziyyətə nəzər salsaq ölüm hallarının aşağı olduğunu, sağalanların üstünlük təşkil etdiyini müşahidə etmiş olarıq. Azərbaycanda pandemiya ilə əlaqədar dövlət səviyyəsində qəbul edilən qərarlarla yanaşı ölkəmiz bir-neçə uğura da bu dövrə imza atdı. Bunlardan biri tez bir zamanda Azərbaycanın öz sənayesini quraraq tibbi maskaların istehsalına başlaması idi. Hansı ki, böyük dövlətlər belə bunu bacarmadılar. Bu gün də bir çox dövlətlər digər ölkələrdən tibbi maska idxal edirlər. Artıq Azərbaycanda qoruyucu kombinzonlar da istehsal olunur. Bütün bunların hamısı Azərbaycan dövlətinin gücünü özündə ehtiva edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB