Böyük Britaniyanın Oksford Universitetinin yeni növ koronavirus müalicəsində ölüm riskini azaldan dərmanla bağlı araşdırmaları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "xoş xəbər" kimi xarakterizə edilib. SİA xəbər verir ki, bu, ucuz və geniş yayılmış dərmanın ağır COVID-19 xəstələrinin müalicəsində ölüm ehtimalını azaltdığı bildirilib.
Oksford Universiteti tərəfindən kliniki testlərdən keçirilən ucuz və geniş yayılmış "Dexamethasone" adlı dərmanın COVID-19-un müalicəsində ölüm riskini azaltdığı ilə bağlı kliniki testlərin nəticəsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bununla bağlı açıqlama verib: "Bu, oksigen və süni tənəffüs cihazının dəstəyinə ehtiyacı olan xəstələrdə ölüm hallarını azaltmaq üçün irəli sürülən ilk müalicə nümunəsidir. Bu, xoş xəbərdir. Böyük Britaniya hökumətini, Oksford Universitetini, İngiltərədəki bir çox xəstə və xəstəxanaları təbrik edirik", - deyə, ÜST-un Baş direktoru təəssüratlarını bölüşüb.
Əlavə olunub ki, tədqiqatçılar testlərin ilkin nəticələri ilə bağlı fikirlərini ÜST ilə bölüşüblər. Yaxın günlərdə məlumatların tam təhlili gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB