Dəqiq müalicəsi müəyyən olunmayan virusla oyun olmaz ÖZƏL - AÇIQLAMA
"İnsanlar maskadan istifafə etmir, istifadə etdiyini hara gəldi atıb keçirlər və ya bir maskanı cibdə gəzdirməklə idarə edirlər. Tək cəza ilə nəyəsə nail olmaq olmaz. Bu, bir mədəniyət məsələsidir. İnsanlar şüurlu şəkildə nəyə uğradığımızı anlamalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.
O bildirib ki, əvvəla, hələ də bu xəstəliyin pandemiya və ya sıradan bir virus olduğu məsələsində dünya dövlətləri və Ümumdünya Səhiyyə Təşkilatı yetkin bir qərara gələ bilməyib: "Bəzi ehtimallara görə hələ 2019-cu ilin noyabr-dekabr aylarında bu və ya bənzəri bir virus bizim ölkəmizdə tüğyan elədi. Sıradan qripə bənzədən həkimlərimiz müalicəsində sıxıntı yaşadılar. Ölkəmizin sərhəddinə yaxınlaşdığı fevral-mart aylarında hökumətimiz ciddi tədbirlər almağa başladı. Tədbirlər sırasına sərhədlərin vaxtında qapadılması, tibbi-texniki vasitələrin stoklanmasını daxil etmək olar".
QHT sədri vurğulayıb ki, maskadan istifadə və digər qaydalara riayət etmək əslində bir mədəniyyət məsələsidir və bu təkcə cəzaların tətbiq olunması ilə tənzimlənmir: "Vaxtında televiziyalarımızda xəstəliyin təhlükəsi ilə bağlı məşhur doktorların ağzından eşitməyən insanlarda da məsuliyətsizlik və inamsızlıq yaranmağa başladı. Necə deyərlər, maska əslində beynimizə lazım idi. Bunu edə bilmədik. İnsanlar maskadan istifafə etmir, istifadə etdiyini hara gəldi atıb keçirlər və ya bir maskanı cibdə gəzdirməklə idarə edirlər. Tək cəza ilə nəyəsə nail olmaq olmaz. Bu, bir mədəniyət məsələsidir. İnsanlar şüurlu şəkildə nəyə uğradığımızı anlamalıdırlar. Sonrakı mərhələdə karantin rejiminin yumşaldılması da kütləvi şəkildə alış-veriş mərkəzlərinə və s. yerlərə axın etməklə riski artırdılar. Hələ də konkret müalicəsinin tapılmadığı bir virusla oyun olmaz. Bunu insanlara anlatmaq lazımdır. Eyni zamanda vətəndaşın immunitetinin yüksəldilməsi üçün də nələrin lazım olduğu anladılmalıdır. Xüsusən gigiena tələblərinə əməl olunmalıdır".
Qorxmaz İbrahimli qeyd edib ki, virus artıq bizimlə bərabərdir və ağ ciyərlərimizi məhv etməməsi, daha geniş yayılmaması üçün vətəndaş olaraq hər şeyi etməliyik: "O cümlədən, maska və onlardan düzgün istifadəni anlamağımız lazımdır. Maska istifadə etməyən, yaxud polisi görərkən taxan insan yalnız özünə və yaxınlarına əziyyət verir. Daha çox təmiz hava, bol günəş, sosial məsafə, gigienaya əməl etməklə qoruna bilərik. Hər bir vətəndaş dövlətlə iç-içə olaraq mübarizə aparmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB