Ölkəmizdə problemlər operativ şəkildə həll olunur

Ölkəmizdə problemlər operativ şəkildə həll olunur

Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"

Bu aksiomadır. Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, son aylar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Və son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir.

“Prezidentdən nümunəvi addım” …

Ancaq bir məqamı da vurğulamaq lazımdır ki, dünyanın ən inkişaf etmiş ölkələrinin prezidentləri əhali ilə birbaşa təmasdan imtina etdikləri bir vaxtda, Prezident İlham Əliyev Azərbaycanın bölgələrinə səfər edərək, vətəndaşlarla sıx təmasdadır. Onu da vurğulayaq ki, hazırda koronovirus infeksiyasına yoluxmaq təhlükəsi olmasına baxmayaraq, Prezident İlham Əliyevin bölgələrə səfərlərini dünya mediası da “prezidentdən nümunəvi addım” kimi dəyərləndirir.

Prezident İlham Əliyevin Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz və digər rayonlarına səfəri və müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşünda maraqlı mesajları bir daha bir daha göstərdi ki, ölkənin regionlarındakı vəziyyət, insanların problemlərinin həlli dövlət başçısı üçün prioritet təşkil edir.

Ölkəyə başçılıq etdiyin gündən Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, sadə insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək, bilavasitə həmin ərazilərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş verib. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Burada indiyə qədər yürüdülən səhiyyə siyasətinin də danılmaz rolu var. Bəli, sirr deyil ki, Azərbaycanda səhiyyənin vəziyyəti vaxtaşırı müzakirə və mübahisə mövzusu olurdu. Amma necə deyərlər, hər şey çətin anda və müqayisədə bilinər.

"Biz birlikdə güclüyük!"

Bəli, hər kəs gördü ki, kimlərinsə müalicə üçün xaricə getmələri heç də ölçü meyarı deyilmiş. Azərbaycanın səhiyyə sistemi koronavirusla mübarizədə dünyanın əksər ölkələrindən daha yaxşı nümunə göstərdi. Dövlətin siyasəti onu göstərir ki, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür. Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Vətəndaşlardan birinin dövlət başçısına müraciətlə yazdığı “Siz bizi bizdən çox düşünürsünüz” cümləsi isə Prezidentin fəaliyyətinə verilən çox dəqiq qiymət sayıla bilər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilir.

Prezident İlham Əliyev öz çıxışında belə həssas bir məqamda dövlətin öz vətəndaşının arxasında olduğunu nümayiş etdirdi. Ölkə rəhbəri qeyd elədi ki, Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2.5 milyard manat ayrılacaq. Azərbaycanda 600 min işçi, o cümlədən fərdi sahibkar dövlət hesabına maliyyələşdiriləcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır: "Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!".

Göründüyü kimi, diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir - "Biz birlikdə güclüyük". Ölkə liderinin bu çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də milli birliyin nəticəsidir. Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək.

Bu gün reallıqlar ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur

Bəli, bugünkü şəraitdə həyata keçirilən bu tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosial yönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yəni Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-cı ilin Aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşmənə layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək dağı belə yerindən oynadan xalqın dəstəyi, birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.

Göründüyü kimi, görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və bu gün Azərbaycanın daha güclü olması üçün ardıcıl uğurlu siyasəti davam etdirmək son 17 ildə görülən işlərin uğurlu nəticələri bir daha təsdiqləyir.

Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə