İsmayıllı sakinləri yüksәk mәsuliyyәt nümayiş etdirir

İsmayıllı sakinləri yüksәk mәsuliyyәt nümayiş etdirir
İsmayıllıda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi davam edir. SİA-nın məlumatına görə, ötən gün saat 00:00-da qüvvәyә minmiş qaydalara görә, rayonun bütün yaşayış mәntәqәlәrindә insanların evlәri tәrk etmәlәri qadağandır. Әhali, hәmçinin polis vә tibb işçilәri Nazirlәr Kabineti yanında Operativ Qәrargahın 9 iyun 2020-ci il tarixli, 196 nömrəli qәrarına әmәl edәrәk yüksәk mәsuliyyәt nümayiş etdirir. Sәrtlәşdirilmiş xüsusi karantin rejimi yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi daşıyır. İyunun 16-sı saat 06:00-dək davam edәcәyi nəzərdə tutulur. Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi İsmayıllıdan əlavə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Salyan, Kürdəmir və Yevlaxda da tətbiq olunur.
Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə