Dünya üzrə yeni növ koronvirusa yoluxanların sayı 8 milyonu ötüb. SİA xəbər verir ki, bu günə qədər virusdan həyatını itirənlərin sayı 435 min 850 nəfərə çatıb.
Dünya üzrə virusdan sağalan şəxslərin ümumi sayı isə 4 milyon 134 min 704 nəfərə çatıb. Hazırda 3 milyon 437 min 191 aktiv koronavirus xəstə virusla mübarizə aparır. Onlardan 54 min 456 nəfərin vəziyyəti kritik və ağır hesab olunur.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB