Şabranda "15 İyun - Milli Qurtuluş günü"nə həsr olunmuş videokonfrans keçirilib

Şabranda "15 İyun - Milli Qurtuluş günü"nə həsr olunmuş videokonfrans keçirilib

Şabran rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş günü"nə həsr olunmuş videokonfrans keçirilib. Zoom platforması üzərindən təşkil olunan tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov əlamətdar gün münasibəti ilə videokonfrans iştirakçılarını təbrik edib və “Milli Qurtuluş günü” barədə ətraflı məlumat verib.

Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, YAP Şabran rayon Gənclər Birliyinin sədri, Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Fərid Bağırzadə, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova çıxış edərək “Milli Qurtuluş günü”nün tariximizdə yeri və rolu ilə bağlı fikirlərini bölüşüblər.

Sonda qeyd olundu ki, biz hamımız Azərbaycan dövlətinin bir vətəndaşı olaraq milli irsimizi ləyaqətlə qoruyub saxlamalı, böyük qurbanlar hesabına əldə edilmiş müstəqilliyimizi qoruyub saxlamlı və prezidentimizə dəstək olmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə