Nazir: “ADU-da dövlət imtahanı və buraxılış işinin tamamilə ləğv olunması barədə yayılan məlumatlar düzgün deyil”

Nazir: “ADU-da dövlət imtahanı və buraxılış işinin tamamilə ləğv olunması barədə yayılan məlumatlar düzgün deyil”
"Azərbaycan Dillər Universitetində dövlət imtahanı və buraxılış işinin tamamilə ləğv olunması barədə mətbuatda yayılan məlumatlar düzgün deyil". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında məlumat verib. O bildirib ki, ali məktəblərin müxtəlif ixtisasları üzrə proqramlarını mənimsəmək üçün müəyyən kredit balı toplamaq lazımdır: "Qərara gəldik ki, əgər hər hansı bir tələbə bu krediti toplayıbsa, ona diplom vermək olar. Söhbət hansısa imtahanın ləğvindən getmir. Hələlik bunu bir ali məktəbdə edirik. Müsbət nəticələr olarsa, başqa universitetlərdə də bunu edəcəyik. Bu, dünyada olan təcrübədir".

Nazir qızıl və gümüş medal alanlara hansısa güzəştlərin edilib-edilməyəcəyinə də münasibət bildirib. O qeyd edib ki, qızıl və gümüş medal alan şagirdlərin mərkəzləşdirilmiş buraxılış imtahanlarından azad edilməsi nəzərdə tutulmayıb: "Çünki bu imtahanları verdikdən sonra onların qızıl və ya gümüş medal ala biləcəyi məlum olur. Onlara hələlik ciddi güzəştlərin edilməsi nəzərdə tutulmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə