Corc Mason Universitetinin biologiya həkimi Ança Baranova simptomsuz daşıyıcılarda da müəyyən əlamətlərin qeydə alındığını açıqlayıb. SİA xəbər verir ki, bu şəxslərdə müəyyən yoxlamalar zamanı COVID-19 infeksiyasının yoluxmuş şəxsin ağciyərlərində və böyrəklərində problemlər yaratdığı məlum olub.
Onun sözlərinə görə, bu xüsusiyyətlərinə görə, assimptomatik adlandırılan xəstələrə başqa adla müraciət edilsə daha yaxşı olar, çünki göründüyü kimi virus heç də simptomsuz keçmir.
ABŞ-ın Virciniya ştatında yerləşən Corc Mason Universitetinin biologiya həkimi Baranova əlavə edib ki, simptomsuz və ya assimptomatik xəstələr adətən gənclər olur və onlar həkimə müraciət etmirlər. Ancaq mədəaltı vəzinin yoxlanması zamanı və tomoqrafiya aparıldıqda bu insanların ağciyərlərində müəyyən zədə meydana gəldiyi müşahidə olunur.
Baranova, ağciyərin zədələndiyini təyin etmək üçün bəzən tomoqrafiya aparmaq əvəzinə ağciyərlərin həcmini də ölçməklə ilkin ehtimal haqqında məlumat sahibi olmaq mümkündür: "Əgər, yoxlanılan şəxsdə ağciyərlər kiçilməyə başlayıbsa, deməli bu şəxsdə koronavirusa yoluxma ehtimalı yüksəkdir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB