Maqomedali Maqomedov “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Maqomedali Maqomedov “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev M.M.Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov “Dostluq” ordeni ilə təltif edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə