Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov dünyasını dəyişib

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov dünyasını dəyişib. SİA e-huquq.az-a istinadla xəbər verir ki, onun bu gün uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, 1955-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan Əflatun Qasımov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Füquq fakültəsini bitirib. Bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra 1993-cu ildə Xaçmaz Rayon Məhkəməsinə, 2000-ci ildə isə Sumqayıt Hərbi Məhkəməsinə hakim təyin edilib.

2007-2008-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim olub.

Allah rəhmət eləsin!

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə