DSX tərəfindən ”Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub - FOTOLAR - VİDEO

DSX tərəfindən ”Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub - FOTOLAR - VİDEO

“15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 27-ci ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən 12 iyun 2020-ci il tarixdə general və zabitlərdən ibarət bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunmuşdur. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxmış, orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, Dövlət Himnini ifa etmiş və “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 27-ci ildönümünü tərənnüm edən lövhəni qaya üzərində bərkitmişlər.

Sərhədçi yürüşünün yekununda qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmlən-məsində, Azərbaycan sərhəd mühafizəsinin formalaşmasında və inkişafındakı əvəzsiz xidmətləri əbədi olaraq xatirələrdə yaşayacaqdır!

Dahi Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyası Azərbaycan Res-publikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dai-ma böyük qürur və şərəflə həyata keçiriləcək, ölkəmizin sərhəd mühafizəsi da-ha da möhkəmlənəcək, yaxın zamanlarda dövlətimizin ərazi bütövlüyü təmin olunacaq və dövlət sərhədlərimizin hər bir hissəsində müzəffər dövlət bay-rağımız ucaldılacaqdır!

Bütün xəbərlər Facebook səhifəmizdə