"Prezidentimizin rəhbərliyi altında xalqımız daha xoşbəxt sabahlara qovuşacaq" - MÜSAHİBƏ

"Prezidentimizin rəhbərliyi altında xalqımız daha xoşbəxt sabahlara qovuşacaq" - MÜSAHİBƏ

Salyan rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin məşqçi müəllimi Xanım Qədirovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- 15 iyun 1993-cü ildən bu günə kimi Azərbaycanın keçdiyi yol barədə sizin fikirlərinizi bilmək istərdik.

- 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə səciyyəvi idi. Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev həm də müasir Azərbaycan gəncliyinin banisidir. Dahi şəxsiyyət gənclər haqqında deyirdi: "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımı fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".

- Azərbaycanda gənclər siyasəti, gənclərə göstərilən dövlət qayğısı barədə nə demək istərdiniz?

- Bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlıdır. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşlarin və gənclərin sosial rifahına yönəlib. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı,gənci olaraq Cənab Prezidentə gənclər adından minnətdarlıq bildirirem bizlərə göstərdiyniz diqqət və qayğı üçün sizə minnətdarıq Cənab Prezdent.

- Pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi sosial siyasət və pandemiya ilə mübarizə təcrübəsini gənclər necə dəyərləndirir?

- Silahsız-sursatsız üçüncü dünya müharibəsi, əsrin bəlası deyək, COVİD-19 virusuna. Bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirən, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirən qalib Ali Baş Komandandır. Əvvəla, Azərbaycan Respublikasının Prezidenti dünya ölkələrinin demək olar ki, mütləq əksəriyyətindən qabaq biomüharibə küləyinin əsməkdə olduğunu, bu müharibənin mahiyyətini və miqyasını dərhal müəyyən edib. Buna görə də Azərbaycan Respublikası biomüharibənin qarşısını almaq üçün düşünülmüş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından dünya ölkələrini qabaqlayıb. Prezident İlham Əliyevin qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilib. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açıb. Son günlərin hadisələri və qərarları aydın surətdə göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi postpandemiya dövrünə hazırlamaq istiqamətində də vaxtında və məqsədyönlü iş aparmaqdadır. Bu cəhətdən birinci mərhələdə ölkədə iş yerlərinin saxlanılması və işçilərin ixtisar edilməsinə dair sərt tədbirlərin həyata keçirilməsi həmin sahədə görülmüş düşünülmüş məqsədyönlü tədbirlərdən biri kimi qiymətləndirilə bilər. İkincisi, Azərbaycan dövlətinin aprel-may ayları müddətində 600 min nəfərdən çox aztəminatlı insanlara, iş yerlərini itirməli olmuş çalışanlara verdiyi maddi maliyyə dəstəyi və müəssisələrdə tətbiq olunan vergi güzəştləri bugünün real ehtiyaclarını ödəməklə bərabər, həm də sabahın istehsalat proseslərinin icraçılarını, peşəkar mütəxəssislər təbəqəsini qoruyub saxlamaq deməkdir. Heç şübhəsiz, post-pandemiya dövrünün reallıqları və çağırışları qarşıdakı illərin yeni tipli iqtisadi münasibətlərini də diktə edəcəkdir. Son olaraq bildirmək istəyrəm ki, Koronavirusla mübarizənin davam etdirilməsi və başa çatdırılması üçün karantin vaxtının uzadılması da ölkəmizdə bu ağrılı prosesdən minimum itkilərlə çıxmaq üçün vaxtında qəbul edilmiş növbəti düzgün qərardır. Həmçinin artırılmış karantin dövrü həm də postpandemiya mərhələsinə hazırlıq üçün də əlavə imkanlar yaratmağa xidmət edəcəkdir. İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında koronavirusla mübarizə dövründə olduğu kimi, postpandemiya mərhələsində də taleyüklü, məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək, xalqımız daha xoşbəxt sabahlara qovuşacaqdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə