"Həkimlərimiz öz həyətları bahasına vətəndaşlarımızın xilaskarına çevriliblər" ÖZƏL - AÇIQLAMA
"17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə bütün həmkərlarımı təbrik edirəm. Bütün ağ xalatlı həkimlərimizi, tibb bacılarımızı, funksionerləri və tibb personalının hər birini təbrik edirəm. Onlara uğurlar arzu edirəm". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə təəssüratlarını bölüşərkən deyib.
Millət vəkili bildirib ki, tibb sahəsi vətəndaşa ən gərəkli peşə və xidmət sahəsidir, eyni zamanda, Azərbaycanda həmişə bu peşəyə həm vətəndaşlar tərəfindən, həm cəmiyyət tərəfindən, həm də dövlət və hökumət tərəfindən böyük hörmət olub: "Azərbaycanda həkim adı həmişə müqəddəs olub. Həkimlər cəmiyyətin ən sayılan, seçilən və cəmiyyətdə nüfuz sahibi olan üzvləri olublar. Bu gün Azərbaycan səhiyyəsi özünün inkişaf dövrünü yaşayır. Xüsusilə də icbari tibbi sığortaya keçməklə səhiyyəmiz yeni bir modeldə fəaliyyət göstərir. Kifayət qədər uğurlu səhiyyə bazamız var. Prezident İlham Əlivevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu sahəyə böyük diqqəti var. Bu diqqət sahəsində Azərbaycanda 700-dən çox klinika tikilib, əsaslı təmir olunub, ən son model teknologiya ilə təhciz olunub. Minlərlə həkimimiz, tibb bacımız, dünyanın aparıcı təhsil və tibb müəssisələrində təcrübə keçib, təhsil alıblar. Bu gün onlar Azərbaycan vətəndaşına şərəflə xidmət edirlər".
Musa Quliyev vurğulayıb ki, koronavirus pandemiyası başlanandan bu günə qədər Azərbaycan həkimləri, tibb bacıları ağ xalatlı mələklər kimi Azərbaycan vətəndaşlarının keşiyində durur, onları koronavirus dəhşətindən qoruyur: "Bu mübarizədə Azərbaycan həkimləri doğurdan da böyük şücaət və vətənpərvərlik, humanizm və xeyirxahlıq göstərirlər. Dünyada koronavirus pandemiyasını haqlı olaraq III Dünya Mühariəsinə bərabar tuturlar. Bu müharibədə də ön cəbhədə gedən, yüzlərlə tibb işçimiz, həkimimiz neçə vaxtdır ki, evlərindən xəbərsiz, ailə üzvləri ilə görüşə bilmirlər. Ağır karantin şəraitində çalışaraq gündə yüzlərlə vətəndaşımızın həyatını xilas edirlər. Bu doğurdan da qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir. Öz peşələrinə dərin hörmətin, münasibətin və sədaqətin nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycanın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Azərbaycan həkimlərini ayaqüstə alqışlayıblar. Azərbaycanın millət vəkilləri, digər ziyalılarımız, Azərbaycan xalqı da onların əməyini yüksək qiymətləndirir. Bu istiqamətdə Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində çalışan həkimlərimizin, bütövlükdə, tibb işçilərimizin əməkhaqqının 3-5 dəfə qaldırılması barədə sərəncam verdi və 17 iyun münasibətilə də onların bir çoxu təltif olunacaq. Tibb işçilərimiz həqiqətən də bu təltiflərə layiqdirlər. Onlar öz həyətları bahasına yüzlərlə vətəndaşımızın xilaskarına çevriliblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB