Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib

Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib

AZAL aviaşirkəti tərəfindən iyunun 11-də Nyu-Yorkdan Bakıya çarter reysi ilə 217 Azərbaycan vətəndaşı gətirilib.

SİA "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinə istinadən bildirir ki, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdiriliblər.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.

Bütün xəbərlər Facebook səhifəmizdə