"Gəncədə həkim çatışmazlığı tərəfimizdən araşdırılacaq. Bəzi şəxslər xəstəliyi gizlədərək evdə müalicə alır. Belə olduqda vəziyyət kritik həddə gələ bilər. Elə ola bilər ki, biz yoluxan şəslərin hamısını xəstəxanada müalicə edə bilməyək". SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
İnfeksionist bildirib ki, Gəncədən olan həkimin sözləri əslində vətəndaşlarımız üçün çağırış olmalıdır: "Vəziyyətin ciddiyətini onlar da anlasınlar. Hazırda vəziyyət kontrol altındadır. Lakin, vəziyyət kontroldan çıxarsa ağır xəstələrimizin belə xəstəxanada müalicəsini edə bilmərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB