"Ev heyvanlarını gəzdirən şəxslər bundan sui-istifadə etməsin"

"Ev heyvanlarını gəzdirən şəxslər bundan sui-istifadə etməsin"

"İşə gedib gələndə fəaliyyətinə icazə verilən şəxslərin ailə üzvlərini onlara icazə verilən nəqliyyat vasitəsində harasa daşımağa imkan verilmir. Əgər ailə üzvü də onunla eyni iş yerində çalışırsa və ya fəaliyyətinə icazə verilmiş iş yerində çalışırsa izazə verilə bilər". SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, ev heyvanları saxlayan şəxslərə onları bayıra çıxartmaq üçün icazə verilib: "Bundan sui-istifadə halları olmamalıdır. Məsələn, ev heyvanınızı gəzdirib daha sonra bir başqasına vermək və s. bu kimi sui-istifadə hallarına yol verilməməlidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə