Binaların qarşısına məişət tullantıları üçün konteynerlər qoyulacaq
"Məişət tullantılarının atılması üçün binaların qarşısına konteynerlər yerləşdiriləcək. Bu o binalar üçün nəzərdə tutulur ki onların qarşısında xüsusi yerlər yoxdur. Bu gündən prosesə start verilib. 2 gün ərzində belə konteynerlər quraşdırılacaq. 2 gündən sonra müvəqqəti olduğundan yığışdırılacaq". Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
Elgin Həbibullayev bildirib ki, "Mall"ar fəaliyyəti ilə bağlı gündəlik monitorinqlər aparılır: "Bəzi hallar müşahidə olunur ki, bura daxil olan şəxslər qapıdan keçərkən qoruyucu vasitələri çıxardıb istifadə edir daha sonra onu yenidən ciblərinə qoyurlar. Bildirmək istəyirəm ki, bununla biz təkcə nəzarətçini aldatmırıq. Hazırda yoluxmaların sayı günü-gündən artır və məsələ çox ciddidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB