"Ümumiyyətlə, gündəlik dezinfeksiya işlərinə 2 minə yaxın işçi cəlb olunur. 11 min 415 bina mövcuddur. Onların bloklarında, məhəllələrində, liftlərində 1 həftədə 2 dəfə dezinfeksiya işləri görülür". SİA-nın verdiyi məlumata görə, bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
O bildirib ki, bir həftədən bir gücləndirilmiş dezinfeksiya işləri aparılır: "Bu barədə əhaliyə xəbərdarlıq edilir. Hər dəfə dezinfeksiya ərazilərinin coğrafiyası artırılır. Dezinfeksiya işləri hazırda Sabunçu, Qaradağ, Pirallahı rayonlarında daha çox əraziləri əhatə edir".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB