Karantin dövründə 108 Çağırı Mərkəzi vətəndaşlara xidmət göstərəcək

Karantin dövründə 108 Çağırı Mərkəzi vətəndaşlara xidmət göstərəcək

"Dializ xəstələri 108 Çağırı Mərkəzinə müraciət edə bilərlər. Onların tibb müəssisələrinə çatdırılması ASAN könüllüləri və onlar üçün ayrılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Onlar tibb müəssilərinə çatdırılacaq daha sonra evə aparılacaq. 902 nəfər dializ xəstəsi qeydiyyata götürülüb. Onlar ilə artıq əlaqə saxlamışıq". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Ü.Mehdiyev bildirib ki, fərdi nəqliyyatı olan şəxslər özləri tibb müəssisələrinə gedə biləcəklər: "Lakin, ictimai nəqliyyat vasitələrindən istifadə edən şəxslər Onlar biz tərəfdən müəyyən olunacaq və tibb müəssisələrinə çatdırılacaq. 108 Çağırı Mərkəzinə 24 saat ərzində zənglər qəbul ediləcək. Vətəndaşlar 103 təcili yardım xidmətinə düşə bilmədikdə və yaxud kommunal xidmətlərlə bağlı, lift xidmətləri ilə bağlı Qaynar Xətt xidmətlərinə düşə bilməyən şəxslər də 108 Çağırı Mərkəzinə zəng edib məlumatlandırıla bilər. Xüsusi təxirəsalınmaz hallar yarana bilər. Bu hallarda da vətəndaşın heç bir yerə müraciət erməyə imkanı yoxdursa, bu zaman da vətəndaşlar 108-ə müraciət edə bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə