210 minə yaxın şəxs icazə üçün müraciət edib

210 minə yaxın şəxs icazə üçün müraciət edib

"İcazə portalına dünəndən etibarən icazələr üçün müraciətlər edilməyə başlanılıb. Artıq 210 minə yaxın şəxs icazə üçün müraciət edib". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətinə icazə verilməmiş şəxslərin icazəsi ləğv ediləcək: "Bu zaman həmin şəxslərlə bağlı karantin qaydalarını pozduqları üçün müvafiq ölçü götürülə bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə