Dəmir yolu qatarlarında kondisionerlərin aiqbəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

Dəmir yolu qatarlarında kondisionerlərin aiqbəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

Dəmir yolu qatarlarında kondisionerlərin işləməsində məhudiyyət qoyulmayıb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, kondisionerlər hava şəraitinə uyğun işləyir: "Abşeron Dairəvi dəmir yolu xətti istiqamətində hərəkət edən elektrik qatarlarındakı kondisionerlər hava şəraitinə uyğun işə salınır. Qatarlarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyulması məsələsinə gəlincə, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq dövlət qurumlarından tövsiyyə xarakterli göstəriş daxil olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə