Səhnəmizin böyük aktrisası, Tomrisi, Natəvanı... Amaliya Pənahova - 75
Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahovanın 75 yaşının tamam olmasına sayılı günlər qalır. Azərbaycan səhnəsnində özünə taxt-tac qurmuş, Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, dövlət mükafatı laureatı, xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova böyük sənətkarliq məktəbi yaratmişdir. Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amaliya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur.
Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanaraq, sənətsevərlərin qəlbinə yol tapıb. Bu gün yaddaş və xatirələr dünyasında yaçayan Amaliya xanım səhnəyə özü ilə birgə gəncliyin təravətini, cazibəsini gətirmiş oldu. Uzun yaradiciliq yolunda bir çox obrazlar yaratdı. Teatr və kino sənətimizə dəyərli töhfələr vermiş aktrisanın mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər saldıqda görürük ki, Amaliya Pənahova sənətinin vurğunu idi. səhnəni sevdi. Elə səhnəyə də yaraşirdi. Peşəkar aktrisa idi. Hər bir obraz sanki onun ruhuna bicilmişdi. qəlbindən gələn səsi öz obrazlarina veiridi. Ruhu səs hec nə ilə əvəz oluna bilməz. Amaliya xanım hər bir obrazi ilə sənətdə, səhnədə yaşayırdı.
Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olması idi. Amaliya Pənahovanın bənzərsiz sənət dünyasını vərəqləyərkən özünəməxsus yaradıcılıq axtarışlarında oldugunu, bir-birindən maraqlı obrazlar qalereyası yaratdigını görürük. O, yüksək ustalıqla həyat verdiyi obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunub. Tərcümeyi-hali zəngin və maraq dogurandir. Amalya Pənahova 1945-ci il iyun ayının 15-də Gəncə şəhərində dünyaya göz açmışdır. O, 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsinə daxil olmuş və aktyorluq sənətinin incəliklərinə yiyələnmişdir. Hələ tələbə vaxtlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan aktrisa bu sənət ocağında 28 il çalışmışdır. Milli Dram Teatrın səhnəsində ilk dəfə İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə surəti ilə çıxış edən A.Pənahova burada çalışdığı illər ərzində bir çox maraqlı yaddaqalan obrazlar yaratmışdır. On doqquz yaşında səhnəyə çıxan aktrisa ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən ömrünün sonunadək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla xatun, Məhsəti, Larisa, Ofeliya, Linza və digərləri teatr salnaməmizə qızıl hərflərlə yazılıb.
Aktrisa Azərbaycanfilmin çəkdiyi “Əhməd haradadır?”, “Qərib cinlər diyarında”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qəribə adam”, “Gözlə məni”, “Ömrün yolları”, “Cazibə qüvvəsi”, “Şamdan” kimi bədii filmlərdə müxtəlif səpkili rollar oynamışdır.
Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar. Böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın fondunda saxlanılır.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışmışdırlar. Teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə yüksək dövlət təltiflərinə layiq görülüb.
A.Pənahova 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşdur.
Aktrisa sənətdə əldə etdiyi nailiyyətlərə görə ən yüksək fəxri adlara, orden və mükafatlara layiq görülmüşdür. Unudulmaz aktrisa Amalya Pənahova Azərbaycan teatr və kino sənətinin əvəzolunmaz sənətkarlardan biri idi. Yüksək istedadı, təkrarolunmaz ifa tərzi ilə əsil xalq məhəbbətini qazanmışdı. Amansız ölüm istedadlı aktrisanı aramızdan apardı. Yayaratdigi obrazlari ilə sevilən və secilən aktrisa Amaliya Pənahova 2018-ci il noyabr ayının 8-də vəfat edib. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı təqdirlə qarşılanıb. Zaman keçəcək, lakin öz təbiiliyi, həyatiliyi, emosional təsiri və dərin psixoloji yozumu ilə seçilən yaratdıgı obrazlar qalereyasi sevimli aktrisamız Amaliya Pənahovanı yaddaşlarda yaşadacaq.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə