Dövlət Gömrük Komitəsinin rəsmi "Telegram" kanalı t.me/gomrukaz istifadəyə verilib. Komitədən SİA-ya verilən məlumata görə, kanalda gömrük orqanlarının fəaliyyəti ilə bağı vacib xəbərlər, həyata keçirilən yeniliklər, tədbirlər, gömrük qanunvericiliyi və s. məlumatlar paylaşılacaq.
"Telegram" tətbiqini smart cihazlara yükləməklə @gomrukaz kanalına abunə olmaq mümkündür.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin "Facebook", "Twitter", "İnstagram", "Youtube" və "LinkedIn" sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB