“Bu adam müəyyən şəxslərin “tryapka”sı, əlaltısı olub" - Hafiz Hacıyev
Deyir zaman hər şeyi üzə çıxarır və hər kəs də gec-tez layiq olduğu cəzanı alır. 27 il "müxalifətdəyəm" deyənlərin əqidəsi, məsləki, satqınlığı, əxlaqsızlığını zaman, özü də dünyanı ağuşuna alan koronavirusun baş aldığı bir dövrdə elə üzə çıxardı ki, virus qaldı bir yana, AXCP-nin Rəyasət Heyətinin “zoom” iclasında Əli Kərimli başda olmaqla müxalifətin, xüsusilə də müsavatçılara qarşı söyüş və təhqirlərə yol vermələri ilə bir daha cəbhəçilərin nifrətini göstərdi və bu da boğazdan yuxarı “milli demokratların” siyasi məhvi olacaqının labudi idi.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sözügedən proseslərə münasibət bildirərək vurğulayıb ki, müxalifət partiyalarını “tryapka” adlandıraraq təhqir edən istər AXCP sədri Kərimli Əli, istərsə də elə həmişə trayapka olan "Milli Şura" sədri yox, "Yurd" şefinin sədrini traypkası olan Cəmil Həsənlinin danışdıqları elə onun tryapka olmasıdır, "ağılının" göstəricisidir: "Cəmil Həsənli həmişə idarə olunun. Və AXCP-nin toplasında müsavatçıların təhqir edilməsi Əli Kərimlinin ssenarisidir. Çünki bu mənəviyyatsızlar nə cəmiyyətdə, nə də siyasi meydanda yox kimidirlər. İllər böyu mənasız hücumları olub və artıq hakimiyyətə gəlmək eyforiyasının sıfıra endiyi bir vaxtda hər iki partiyanın fəalları bir-birinə hücuma keçmələri qeyr-möcüzə doğuran hadisə deyildi. Bir trayapka olan hər iki partiya sədrləri belə bir təhqir, söyüşlərlə "varlıqlarını" nümayiş etdirmək istədilər. Ancaq, necə deyərlər, bu əxlaqsızlar "qaş düzəltdikləri yerdə, vurub o kor gözlərini də çıxardılar". Nəticədə onların yanlış siyasəti müxalifətdəkiləri ni hissiyatına toxundu.
"Ermənilərin sözüylə oturub duran əxlaqsızlar elə əxlaqsız söz də danışır"
H.Hacıyev onu da bildirib ki, istər Kərimli Əli, itsərsə də Həsənli Cəmil ğünövrədən əxlaqsız, mənəviyyatsız satqınlar olublar: "Hər ikisi ermənilərin sözüylə oturub-duran tərbiyəsiz və cinayətkarlardır. Bəli, cinayətkarlardır!. Çünki dövlətini, xalqını satan ən böyük cinayətkardır. Bizə qarşı isə çox əxlaqsız söz danışıblar. Ona görə də belə də olmalıydı. Çünki bir adam ki, qızını erməniyə ərə verə və gedib erməni nəvəsini qucağına götürə, ondan nə gözləmək olar? Kərimli Əl idə, Həsənli Cəmil də həmişə zaman-zaman satılmışlardır və müəyyən şəxslərin “tryapka”sı, əlaltısı olublar. Prezident Aparatında “tryapka”yla gəzirdi ki, onun kitabını çap etsinlər. Hər iki əxlaqsızlardır və ətrafındakılar da o səviyyədə olanlardır".
H.Hacıyevin fikrincə, Azərbaycanda olan sağlam müxalif qüvvələr də bu məsələyə münasibət bildirməlidirlər: "Bunlar niyə susublar, çox maraqlıdır. Özünüz də gördünüz ki, Eldəniz Quliyev də bu adamlardan ayrıldı. Həmişə haqqı deyib, bunların kimliyini açıb ortaya qoymuşam. Bizim bəzi insanlar bunlara aldandılar, elə bildilər Amerikaya satılmış adamı gətirib prezident edəcəklər və Gültəkin Hacıbəyli kimi mənəviyyatzız, rəzil, satqın Azərbaycanın Xarici İşlər Naziri olacaq. Bunlar gördülər ki, yanılıblar, xalqımız ağıllıdır, hər şeyi gözəl başa düşür. Ona görə də bu cür insanlara qarşı çox sərt şəkildə mövqeyimizi bildirməliyik. Düşünürəm ki, belə bir insanın bundan sonra Azərbaycana gəlməsinə imkan verilməməlidir. Hər halda mən yaxın günlərdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək onların fəaliyyətlərinin yoxlanılmasını xahiş edəcəm. Eldəniz müəllim də çox sağ olsun ki, indi hər şeyi başa düşdü. Deyir ki, “kor atın da elə kor nalbəndi olacaq”. Kərimli Əli, Həsənli Cəmil kimi satqınların komandası da özünə oxşayacaq. Hər halda biz siyasi mübarizəmizi davam etdiririk və digər müxalif partiyaları da məsələyə münasibət bildirsinlər. Hakimiyyətlə dialoqa getmək qəbahət deyil, qəbahət odur ki, ermənilərlə dialoqa gedəsən. Bu gün Azərbaycanın iki mərd oğlu Dilqəm və Şahbaz Cəmilin erməni qudasının qohumlarının əsirliyindədir və bu günə kimim o haqda bir kəlmə söz deməyib. Onların axşama kimi bizim əleyhimizə qara yaxmalarından isə heç də narahat deyilik”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB