"Azərbaycanın inkişafı məhz Qurtuluş günü ilə başlayıb" Mehdi Balabəyov

"Azərbaycanın inkişafı məhz Qurtuluş günü ilə başlayıb" Mehdi Balabəyov

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətmizin və millətimizin qurtuluş tarixidir. Bu tarixi hər bir azərbaycanlı dərk edir və ondan nəticə çıxarır". Bu fikirləri YAP Şabran rayon təşkilatının sədri Medi Balabəyov Müstəqil Azərbaycanın inkişaf və quruculuq tarixində 15 iyun tarixinin əhəmiyyətindən danışaraq bildirib.

"Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətmizin və millətimizin qurtuluş tarixidir"

M.Balabəyov bildirib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətmizin və millətimizin qurtuluş tarixidir: "Bu tarixi hər bir azərbaycanlı dərk edir və ondan nəticə çıxarır. Çünki müstəqil Azərbaycanın inkişaf və quruculuq tarixi məhz 1993-cü il 15 iyundan başlayır. 15 iyun Milli Qurtuluş Günü elə bir tarixi gündür ki, bu tarix hər zaman xatırlanmalı və həmişə deyilməlidir. Ən azı, ona görə ki, müstəqil Azərbaycanın inkişaf tarixi və Azərbaycan dövlətinin quruculuq tarixi məhz 1993-cü il 15 iyundan başlayır. Qeyd edim ki, 1988-ci ilin əvvəllərindən başlayaraq, Azərbaycanda bir dövlət strukturunun və idarəçilik sisteminin dağılması prosesi getməyə başladı. Bu proses, demək olar ki, 1992-ci ildə özünün ən pik nöqtəsinə çatmalı oldu. Bununla da, Azərbaycanda dövlət idarəçiliyi tam dağılmış, süqut etmiş xaosun, anarxiyanın hökm sürdüyü bir vəziyyət yaratmışdır, vahid idarəçilik sistemi tamamilə məhv olmuşdu. Dövlət tamamilə dağılmış bir vəziyyətdə idi. Eyni zamanda, dövlətdə ayrı-ayrı vəzifə tutan şəxslərin özlərinin hərbi dəstələri mövcud idi. Bu, təkcə Surət Hüseynovun hərbi dəstələri deyildi. Onunla yanaşı, Rəhim Qazıyevə, İsgəndər Həmidova, Pənah Hüseynova, İsa Qəmbərova və Arif Hacıyevə tabe olan hərbi dəstələr idi. Məhz belə bir dövrdə Gəncədə məlum 4 iyun hadisələri baş verdi. 4 iyundan 15 iyuna qədər olan proseslər isə sanki, bir kinoxronikanı xatırladır. Çünki bu müddətdə olan hər gün və hər an deyilməli və xatırlanmalıdır. Bütün bunların hamısı isə ölkədə vətəndaş müharibəsinin başlanğıcı demək idi. Əgər iyunun 8 və 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlib, Gəncəyə getməsəydi, təbii ki, vətəndaş müharibəsi böyük vüsətlə alovlanacaqdı. Onu qeyd edim ki, bu proseslərin cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev çox böyük iradə nümayiş etdirərək, həyatını belə risk altında qoymaqdan çəkinməyərək, Naxçıvandan Bakıya və bunun ardınca isə, Gəncəyə yola düşdü. Ulu Öndər Heydər Əliyevin, məhz o dövrdə belə bir cəsarətli addım atması böyük bir səriştənin bariz nümunəsi idi. Eyni zamanda, Azərbaycan xalqı və dövləti üçün böyük bir sevgi nümunəsi idi. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan dövləti və Azərbaycan xalqı 15 iyun 1993-cü il tarixi ilə Ulu Öndərin dərin zəkası və sarsılmaz iradəsi sayəsində birdəfəlik xaos və anarxiyadan qurtulmuş oldu".

"Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi"

Mehdi Balabəyov onu da bildirib ki, Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyəti var: "Bu şəxsiyyətin böyüklüyü xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur. Məhz bu baxımdan 15 iyun 1993-cü ili Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olmuşdur. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Və Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin il oktyabrın 3-də isə Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Ümummilli Liderimiz hakimiyyətə qayıdandan cəmi bir il sonra - 1994-cü ildə dərindən düşünülmüş neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi"nın imzalanmasına nail oldu. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq, dinamik inkişafın təməlini qoydu. Müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada bənzəri olmayan sürətlə davamlı inkişafına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır".

Bu münasibətlə bütün xalqımızı ürəkdən təbrik edirəm. BAYRAMLARINIZ MÜBARƏK BÖYÜK VƏ QÜDRƏTLİ AZƏRBAYCANIMIZ!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə