Paşinyanın laxlamış hakimiyyəti... - ŞƏRH

Yaxud erməni xalqının bəlası Nikol sərsəm bəyanatlarlda kürsüyə "əlvida" deməsini tezləşdirir
Paşinyanın laxlamış hakimiyyəti... - ŞƏRH

2020-ci il də Ermənistanın baş naziri Nikol Paşinyanın həyatına elə ilk gündən uğursuz daxil olub. Bunun səbəbi də nə birdir, nə ikidir, nə sondur. Ermənistanda ictimai fikirlər get-gedə baş nazir Nikol Paşinyanın əleyhinə çevrilməkdədir. Belə ki, xalq keçmiş hakimiyyətə qarşı etiraz dalğası üzərində baş nazir postuna gələn N.Paşinyanı verdiyi vədləri yerinə yetirməməkdə, ölkəni lazımınca idarə etmək əvəzinə, şəxsi ambisiyalarını həyata keçirməkdə, ölkə həyatının heç bir sahəsində irəliləyişə nail olmamaqda, əksinə, xalqın güzəranının daha da pisləşməsində ittiham edirlər. Bütün bunlar bir tərəfdən Paşinyan hökumətinə qarşı etimadsızlığın artmasına, digər tərəfdən, ölkədə narazılığın pik həddə çatmasına səbəb olur. Son nəticə isə Paşinyanın ölkə ictimaiyyəti qarşısında nüfuzunu itirməsi olur.

Vəziyyət elə bir durma gəlib çıxıb ki, artıq bunu səbatsız və səriştəsiz baş nazirin özü də etiraf etmək zorunda qalıb. Elə bu günlərdə "Yerkramas" informasiya agentliyində Paşinyan özü ölkədəki neqativ hallara görə xalqın ittihamlarından şikayətlənərək səbəblərini də bir-bir açıqlayır. Bu yerdə Paşinyan bilməli idi ki, haqq nazilər, amma üzülməz. Və Paşinyan verdiyi vədlərini yerinə yetirə bilmədiyinə görə xalqın ittihamlarına məruz qalsa da, yaxud etiraflardan bulunsa da, müxtəlif siyasi simuliyasiyalar vasitəsi ilə həyasızcasına ittihamlara da cavab verir: "Əvvəlcə ölkə müxalifəti məni və bizim hökuməti Qarabağı satmaqda ittiham edirdilər. Sonra belə bir tezis ortaya atıldı ki, guya, mən Qarabağ əleyhinə fəaliyyətlə məşğulam, planlaşdırılmış müharibə nəticəsində Qarabağı təhvil verəcəyəm. Bu tezis parlament seçkiləri zamanı dövriyyəyə buraxıldı. İndi isə başqa tezislə çıxış edirlər, guya hökumət və şəxsən baş nazir olaraq mən güzəştə getmirik, bu isə o deməkdir ki, danışıqlar dalana dirənib. Müxalifət xalq arasında mənə qarşı nifrət yaratmaqla məşğuldur. Hətta artıq xalqı müharibə ilə qorxudurlar, bu mövzu ətrafında təbliğat aparılır".

Göründüyü kimi, Paşinyanın bu açıqlaması ilə bir daha göstərir ki, Nikol laxlamış hakimiyyətini qorumaq üçün xalqın gözündə özünə haqq qazandırmaq istəyir. Üstəlik, bu zaman əsas vurğunu Qarabağ problemi üzərinə qoyur, ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, xalqın güzəranının pisləşməsindən, əsgər və şəhid analarının ölkəni bürümüş etirazlarından, ümumiyyətlə danışmır. Bu isə Paşinyanın da, özündən əvvəlki hakimiyyət kimi, xalqın başını Qarabağ problemi ilə qatmaq istədiyini göstərir. O, hətta özünü xalqa "əsl qəhrəman" kimi təqdim etməklə "görürsünüzmü, mən Qarabağı vermirəm...", kimi sərsəm fikirlər söyləyir.

Göründüyü kimi, saxtakarlıq, yalan danışmaq ermənilərin qanındadır. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyan üçün hələ də anlaşılmazdır. Elə küçə "demokratı"nın yalanlar üzərində qurduğu utopik xəyalarını erməni xalqının başına yeridərək Ermənistanı "inkişaf etmiş ölkələr sırasına çıxaracığı" vədləri elə vədlər olaraq qaldı. Bütün bunlardan sonra "DQR"-də "referendum" keçirilməsi ilə bağlı bəyanət verməsi, görünür Azərbaycanda keçirilən islahatlardan həvəslənərək "qaz yerişi yerimək istədiyi yerdə, vurub göz çıxarmaq"la verdiyi vədlərini ört-basdır etmək istədi. Ancaq bu addım erməni xalqı tərəfindən etirazla qarşılanıb. Siyasi ekspertlərin sözlərinə görə bu, baş nazir Nikol Paşinyanın ölkənin Konstitusiya Məhkəməsində hakimlərdən çoxunu vəzifədən kənarlaşdırmaq məqsədidir.

Faşist xislətli Paşinyan mövcud vəziyyəti gizli saxlasa da…

Erməni xalqının qorxulu bir kabus olan Nikol Paşinyan ölkədə dərinləşən böhranı daha da dərinləşdirməkdədir. Çünki xalq görür ki, hakimiyyətdə baş nazir postunu zəbt edən küçə «demokratı» Paşinyan elə Sarkisyanın eyni üzüdür. Bu, o deməkdir ki, əgər 10 illik hakimiyyəti dövründə Sarkisyan ölkəni iqtisadi iflas, təcrid vəziyyətinə gətirdisə, Paşinyan da bunu daha da dərinləşəcək.

"Jamanak" qəzetinin yazdığına görə, məqsəd Ermənistanda prezident üsul-idarəsinə qayıdış etməkdir. Nəşr bildirib ki, güclü prezidentlik idarəsi Konstitusiya Məhkəməsinin üzvlərini istefaya göndərə biləcək. Ekspertlər Nikol Paşinyanın bu islahatlarla öz kövrək hakimiyyətini möhkəmləndirmək niyyəti güddüyünü vurğulayırlar.

Ən maraqlısı isə Paşinyan mövcud vəziyyəti güc nazirləri istefaya göndərməklə hər şeyi ört-basdır etmək istəyir.

Sözügedən məsəl ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanda bir gündə 3 güc naziri - polis rəisi Arman Sarkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefaya göndərməklə hər şeyi ört-basdır etmək istəyir, ancaq, necə deyərlər xoruzun quyruğu artıq çoxdan görünüb: "Artıq Nikol Paşinyan bu vəzifələrə yeni rəisləri təyin etdiyini vurğulayan E.Şahinoğlu qeyd edib ki, Onik Qasparyan baş qərargah rəisi, Argişti Kəramyan milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin ediliblər. Bu təyinatlar o deməkdir ki, Paşinyan istefalara hazır idi və bəlkə də 3 istefanın bir gündə elan edilməsi onun təşəbbüsü ilə reallaşıb. Çünki Paşinyan narazı qaldığı güc nazirlərini ayrı-ayrı vaxtlarda istefaya göndərsəydi, bu erməni cəmiyyətində daha çox suallar və hökumətin dağıldığı görüntüsü yaradacaqdı. Belə də isə Paşinyan tələsik həm 3 istefanı bir gündə həyata keçirdi, həm də istefa verənlərin yerini dərhal doldurdu. Demək, Paşinyan yeni təyin ediləcək şəxsləri xeyli əvvəl özü üçün müəyyənləşdiribmiş".

Bəs istefalara səbəb nə ola bilərdi?

Politoloqun fikrincə, böyük ehtimalla baş qərargah rəsinin istefası orduda və cəbhə bölgəsində yaranan durumla bağlıdır. Onun sözlərinə görə, Paşinyan mövcud vəziyyəti nə qədər gizli saxlamağa çalışsa da, ordudakı və cəbhə bölgəsindəki vəziyyət onu narahat edir: "Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəriləməsi və Dağlıq Qarabağla Ermənistanı birləşdirən strateji yola nəzarət etməsi Paşinyanı və onun komandasını narahat etməyə bilməzdi. Bu mövzu Ermənistan müxalifətinin də ciddi müzakirə predmetinə çevrilib və Paşinyana qarşı istefa şüarlarında Azərbaycan ordusunun üstünlük qazandığı da vurğulanır. Belə vəziyyətdə istər-istəməz baş qərargah rəsinin istefası aktuallaşırdı. Ancaq Paşinyan bu vəzifəyə kimi təyin edirsə-etsin, Ermənistan ordusunun üstünlük qazanması keçmişdə qaldı, işğalçı ordu kasad hərbi texnika ilə uzağa gedə bilməyəcək və yeni itkilərə hazırlaşmalıdırlar".

İşğalçı ölkədə yaranmış mövcud vəziyyəti Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan belə təsvir edib: “Paşinyan koronavirusla mübarizədə məğlub olub və bununla ölkəni biabırçı duruma salıb. Ermənistanın səhiyyə naziri virusla mübarizə aparmaq əvəzinə Gürcüstanla aramızı vurub, Paşinyan isə Ermənistanı üçüncü ölkələr sırasına sürükləyib, biz Nigeriyadan da geri qalırıq. O bunu etiraf etmək əvəzinə “xalq günahkardır” əməliyyatına başlayıb. Bircə günahkar var – Paşinyan”.

Qabil Hüseynli: "Ölkə müxalifəti mürəkkəb vəziyyətdən istifadə edərək tərəfdarlarını artırıb və baş nazirə qarşı ciddi müqavimət formalaşdırıb"

Politoloqun sözlərinə görə, Paşinyan düşünür ki, prezidentlik sistemində daha çox səlahiyyəti öz əlində cəmləyəcək: "Konstitusiyaya dəyişiklik olarsa, Paşinyan hakimiyyətin bütün qollarına nəzarəti öz əlinə alacaq və "güclü hakimiyyət" quracaq. Daha doğrusu, baş nazir belə olacağını zənn edir. İnqilab yolu ilə hakimiyyətə gəlmiş Paşinyan prezident üsul-idarəsinə keçməklə avtoritar rejim qurmaq niyyətindədir. "İslahatlar" ideyası birbaşa baş nazirin siyasi ambisiyaları ilə bağlıdır. Paşinyan baş nazir postunda reytinq qazana bilmədi, əksinə daha da nüfuzdan düşdü. İndiki halda Paşinyan hakimiyyətin digər qollarına təzyiq göstərə, öz kadrlarını yerləşdirə bilmir. Prezident üsul-idarəsinə keçid ona öz siyasi maraqlarını təmin etməyə imkan verəcək. Bununla da mərkəzi hakimiyyəti bir əldə cəmləyəcək. Paşinyan olduqca riskli yola qədəm qoyub. Hər halda idarəetmədə sistem dəyişikliyi Ermənistanda ciddi təlatümlərə gətirib çıxara bilər".

Ermənistanda vəziyyətin bu həddə çatma səbəbləri…

Bu səbəbləri uzun-uzadı araşdırmağa ehtiyac da yoxdur. Ekspertlərin sözlərinə görə, Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı Serj Sarkisyan və onun davamçısı Paşinyandır və bu vəziyyətdən çıxış yolu məntiqə üstünlük verərək işğalçılıq siyasətindən imtina edib, Azərbaycan torpaqlarını azad etməkdir. Amma düşünüləsi deyil ki, Ermənistanın bu günkü hakimiyyəti belə bir məntiqi addım atıb xalqını üzləşdiyi uçurumdan xilas etsin. Çünki indiki Ermənistan hakimiyyəti faşist, kriminal rejimdir. Bu baş verməyəcəyi və proseslərin bu cür dava edəcəyi təqdirdə Ermənistan böyük addımlarla uçuruma doğru irəliləyir.

Erməni mediası, eyni zamanda Nikolun hakimiyyəti dövründə ölkənin hansı duruma düşməsindən bəhs edir. Ermənistanın "168.jam" nəşrində dərc olunan məqalədə isə qeyd olunub ki, Paşinyan hakimiyyətin qolları arasında tarazlıq və qarşılıqlı təmkin prinsiplərini yerlə-yeksan etməyi hədəfləyir və bunun üçün hər yola əl atır: "Bu, Paşinyanın fərdi hakimiyyət səlahiyyətlərinin bərqərar edilməsi istiqamətindəki atılan addımlarının bariz nümunəsidir, bu isə Ermənistana olduqca baha başa gələ bilər. Çünki beynəlxalq ictimaiyyət Ermənistanla bağlı hesabat və dəyərləndirmələrini daha da sərtləşdirəcək".

Paşinyanın bu oyunlarının bədəli daha böyük olacaq

Maraq doğuran daha bir hal ondan ibarətdir ki, beynəlxalq miqyasda iflasa uğrayan "referendum" hətta qondarma DQR" erməniləri tərəfindən də qəbul olunmur. Bundan narahat olan Daşnaksütyun Partiyası bəyanat yayaraq separatçı rejimi və rəsmi İrəvanı geri addım atmağa çağırıb. Bəyanatda bildirilir ki, qondarma "DQR2də "referendum" münaqişənin həllini çətinləşdirəcək: "Bu, daxili çaxnaşmalara da səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın itirilməsinə gətirib çıxara bilər. Münaqişənin həlli danışıqlar masasına qayıtmalıdır".

Şübhəsiz bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur. Məqamı gələndə Ordumuz öz sözünü deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək.

Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu Azərbaycan Prezidenti İlham Əliyev dəflərlə çıxışlarının birində bildirir ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...

Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir...

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə