Naxçıvandan Bakıya reyslər üçün bilet satışına başlanıb

"Naxçıvandan Bakıya və Bakıdan Naxçıvana biletlər onlayn qaydada həmin sərnişinə məxsus ödəniş kartı vasitəsi ilə ödəniş edilməklə satılacaq". SİA xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

E. Hacıyev deyib ki, mövcud qaydalar ödəniş kartı olmayanlara başqasının ödəniş kartı ilə aviabilet almağa imkan vermir: "Ancaq AZAL-ın "Çağı mərkəzi"nə telefonla müraciət edərək, başqa şəxsin ödəniş kartından istifadə etməklə məhdud sayda təyyarəyə bilet almaq imkanı olacaq. Ancaq bu, çox məhdud olacaq".

AZAL vitse-prezidenti qeyd edib ki, hazırda Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya iyunun 18-də yerinə yetiriləcək reyslər üçün bilet satışına başlanıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə