Növbətçi apteklərə dərmanları pulsuz çatdırmağı tövsiyə edirik

Növbətçi apteklərə dərmanları pulsuz çatdırmağı tövsiyə edirik

"Növbətçi apteklərin vətəndaşlara dərmanları pulsuz çatdırmasını tövsiyə edirik". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O deyib ki, planlı surətdə alına bilən dərmanlarla bağlı müraciət edilməməsini istəyirlər: "Təcili çatdırılmalı olan dərmanlarla bağlı müraciət edilməsi məqsədəmuvafiqdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə