"Biz xarici dövlətlərin tələblərini öyrənirik". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.
O deyib ki, beynəlxalq uçuşlara icazə verilən zaman həmin dövlətdəki tələblər barədə məlumat veriləcək.
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva xaricə səfərlərlə bağlı qaydaların hazırlanacağını bildirib: "Naxçıvandan gələn sərnişinlər isə ev karantininə göndəriləcək".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB