Müvəqqəti uçuş qaydaları xarici dövlətlərə göndəriləcək

Müvəqqəti uçuş qaydaları xarici dövlətlərə göndəriləcək

"Biz müvəqqəti uçuş qaydalarını xarici dövlətlərə göndərəcəyik". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

O deyib ki, hansı dövlətlərin aviaşirkətləri Azərbaycana səfər etmək istəyəcəksə, Operativ Qərargahın qərarı ilə aviaşirkələrin uçuşu barədə qərar veriləcək: "Bakı-Naxçıvan, Naxçıvan-Bakı istiqamətində biletlər alınandan sonra TƏBİB-in xüsusi laboratoriyasında informasiya olacaq ki, filan sərnişin filan istiqamətdə bilet alıb. Bizim satış sistemimiz TƏBİB-in laboratoriyası ilə əlaqədə olacaq. Saytımızda sərnişinin TƏBİB-in hansı laboratoriyasına və saat neçədə getməsi əksini tapacaq. Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarənin sərnişinləri pulsuz testdən keçəcəklər. Bu istiqamətlərdə bilet satışı 72 saat qalmış dayandırılacaq. Çünki TƏBİB o müddətdə testin cavabını çatdırmalıdır. Testin müsbət və mənfi cavabı sərnişinin biletində dərhal əksini tapacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə