Azərbaycana gələn sərnişinlərdə son 48 saat üçün test nəticəsi olmalıdır

Azərbaycana gələn sərnişinlərdə son 48 saat üçün test nəticəsi olmalıdır

"Heydər Əliyev Hava Limanına xaricdən gələn sərnişinlərin bədən hərarəti ölçülməli, onlar xüsusi testlərdən keçirilməlidirlər". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

Onun sözlərinə görə, test nəticəsi müsbət olan sərnişinlər xüsusi tibbi maşınla xəstəxanaya çatdırılacaq: "Azərbaycana gələn sərnişinlərin əlində son 48 saat üçün qüvvədə olan test nəticəsi olmalıdır. Uçuşdan sonra sərnişinlərin baqajları bir daha dezinfeksiya ediləcək. Sərnişinləri qarşılayanlar terminala daxil ola bilməyəcək, qonaqları bayırda gözləyəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə