Karantin dövründə 13 min vətəndaşımız çarter reysi ilə vətənə qaytarılıb

Karantin dövründə 13 min vətəndaşımız çarter reysi ilə vətənə qaytarılıb

"Hava nəqliyyatında martın 2-dən məhdudiyyətlər tətbiq edilib". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

O deyib ki, martın 2-dən indiyə 13 min 501 vətəndaşımız 159 təxliyə reysi ilə vətənə qaytarılıb: "151 reyslə isə 12 min 823 xarici ölkə vətəndaşı vətənlərinə qaytarılıb".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə